Əsas Səhifə > Mədəniyyət > Qazaxda “Əziz Şuşa biz qayıtmışıq” mövzusunda videokonfrans keçirilib

Qazaxda “Əziz Şuşa biz qayıtmışıq” mövzusunda videokonfrans keçirilib


2-02-2021, 21:47


Fevralın 2-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin – Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Qazax Tarix Diyarşünaslıq Muzeyinin, Qazax Dövlət Rəsm Qalereyasının,  Qazax Mədəniyyət Mərkəzinin və Üzeyir Hacıbəylinin Ev Muzeyinin birgə iştirakı ilə "Əziz Şuşa biz qayıtmışıq” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda Üzeyir Hacıbəylinin Ev Muzeyinin Baş fond mühafizi Aytən Heydərova, Qazax MKS-nin direktoru Solmaz Babanlı və rayonda fəaliyyət göstərən kitabxanaların əməkdaşları, Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova və digər mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.


Videokonfransı Mərkəzin direktoru Ceyhunə Hüseynova açaraq təşkil olunmuş tədbirin məqsəd və əhəmiyyətindən danışıb. C.Hüseynova bildirib ki, tarixə nəzər salanda Şuşa şəhərinin zəngin və şanlı tarixi keçmişə malik olduğunu görürük. Ümummilli Lider Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir: "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”. Bir vaxtlar "Kiçik Paris”, "Qafqazın sənət məbədi”, "Azərbaycan musiqisinin beşiyi” və "Şərqin konservatoriyası” adlandırılan tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa artıq işğaldan azad edilib. C.Hüseynova qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməklə istər yerləşdiyi coğrafi mövqe, istərsə də tarixi və mədəni imkanlarından dolayı Azərbaycan dövləti üçün olduqca strateji əhəmiyyətə malik olduğunu bir daha sübut etdi.

SonraÜzeyir Hacıbəylinin Ev Muzeyinin Baş fond mühafizi Aytən Heydərova, Qazax MKS-nin direktoru Solmaz Babanlı, Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova və  Qazax MKS-nin Uşaq Kitabxanasının Baş kitabxanaçısı Rahidə Kazımova çıxış edərək Şuşa haqqında gözəl fikirlər səsləndiriblər. 30 illik həsrətə son qoyaraq Azərbaycan xalqını Qələbə ilə sevindirən Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə minnətdar olduqlarını vurğulayıblar. Vətən uğrunda canından keçən şəhidlərimizin, ailələrin qarşısında baş əydiklərini qeyd ediblər.















 

GOYEZEN.AZ


Geri qayıt