Əsas Səhifə > Mədəniyyət > Qazaxda “Azərbaycan regionda sülhün carçısıdır” mövzusunda videokonfrans keçirilib

Qazaxda “Azərbaycan regionda sülhün carçısıdır” mövzusunda videokonfrans keçirilib


3-09-2020, 15:17


Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 21 avqust-21 sentyabr "Beynəlxalq Sülh Günü”nə həsr olunmuş könüllülərin və gənclərin iştirakı ilə "Azərbaycan regionda sülhün carçısıdır” mövzusunda videokonfrans keçirilib.


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək konfrans iştirakçılarını salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, məhz ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra böyük uzaqgörənliklə qan tökülməsinin qarşısının alınması məqsədilə 12 may 1994-cü ildə cəbhədə atəşkəsə nail olundu. Azərbaycan və Ermənistan arasında cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılmışdır. Bu isə dövlətimizin və ulu öndər Heydər Əliyevin sülh arzusunun ifadəsi idi.


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək  qeyd edib ki, xalqımızın Beynəlxalq Sülh Gününü qeyd etməsi Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsindən keçir. Ölkəmiz illərdir Ermənistanın hərbi təcavüzü ilə üzləşir. Bu illər ərzində Azərbaycan həm regionda, həm ölkədə münaqişənin sülh yolu ilə həlli istiqamətində mühüm addımlar atıb, regionda sülhün bərqərar olunması istiqamətində çox böyük işlər görüb. Ulu öndər Heydər Əliyev hələ 1990-cı il 20 Yanvar faciəsi zamanı prinsipial mövqe tutaraq, Moskvada Azərbaycan səfirliyinin binasında bu faciəni törədənləri pisləmiş və Qorbaçovun bu işdə birbaşa məsuliyyət daşıdığını bildirmişdir. Sovet rəhbərliyinin yeritdiyi etnik seperatizm siyasətini pisləmiş və kəskin etirazını bildirmişdir. Azərbaycan torpaqlarının zaman–zaman ermənilər tərəfindən işğal edildiyini faktlarla meydana çıxararaq 1918-ci ildən Azərbaycan ərazisinin 114 kv.km- dən 1990-cı ildə 86 min kv.km–dək azaldığını vurğulamışdır. Azərbaycan SSR Ali Sovetinin I sessiyasında Ermənistanın təcavüzkar dövlət olması faktı sonralar məhz Heydər Əliyevin səyi nəticəsində dünya ictimaiyyətinə çatdırıldı. Qafqaz regionunda əsaslı iqtisadi islahatların aparılması, xarici sərmayələrin cəlb edilməsi, ən başlıcası Azərbaycanla yanaşı bütün bölgələrin beynəlxalq birliyə inteqrasiyası istiqamətində Heydər Əliyevin xidmətləri müstəsna əhəmiyyət kəsb edir. 1994-cü ildə  sentyabrın 20- də Heydər Əliyevin təşəbbüsü ilə ilk neft müqaviləsinin imzalanması, Böyük İpək yolu layihəsi regionda coğrafi siyasi vəziyyəti kökündən dəyişdi, Qafqaza xarici sərmayəçilərin inteqrasiyasını gücləndirdi. Ümummilli lider Heydər Əliyev Qafqazda sülhü qoruyub saxlamağı başlıca amil hesab edərək öz çıxışlarında belə deyirdi: "Biz zor işlədilməsinə əsaslanan düşmənçilik dünyasından əməkdaşlıq və tərəqqi dövrünə aparan tunelin axırında işıq görürük və bu yol ilə birlikdə dünyanın bütün ölkələri və xalqları ilə əl-ələ verib getməyə hazırıq”.

 

Videokonfransda Qazax "Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov çıxışı zamanı bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin yüksək siyasi savadı və beynəlxalq münasibətlərin inkişafı istiqamətində atdığı addımlar sayəsində Azərbaycan xarici siyasətlə bağlı məsələlərin hamısında böyük uğurlara imza atır. Bu gün Azərbaycan iqtisadi inkişafın artım surətinə görə Qafqazda liderdir. Azərbaycanın uğurları nəinki Qafqaz regionunda, eləcə də bütövlükdə Avropada sivil demokratik cəmiyyət quruculuğunda vacib amillərdən sayılır. Azərbaycanla hesablaşırlar, ona sülhsevər dövlət kimi baxırlar. Bütün bunlar Qafqazda sülh üçün zəmin yaradır.






 

GOYEZEN.AZ


Geri qayıt