Əsas Səhifə > Mədəniyyət > Ümummilli Liderin anım gününə həsr olunmuş “Açıq qapı” günü başa çatıb

Ümummilli Liderin anım gününə həsr olunmuş “Açıq qapı” günü başa çatıb


11-12-2019, 22:10


Azərbaycan dövlətinin memarı və qurucusu, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı ilə öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil edən Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının qəlbində parlaq xatirəsi əbədi yaşayacaq. Dahi şəxsiyyətə olan böyük sayğı və ehtiram bu gün də var, sabah da olacaq... Dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinin təbliğində böyük rola malik olan Heydər Əliyev Mərkəzlərinin bu sahədə gördüyü işlər mühüm əhəmiyyət kəsb edir. Fəaliyyətə başladığı ilk gündən bu missiyanı böyük məsuliyyətlə həyata keçirən Qazax Rayon Heydər Əliyev Mərkəzi Ulu Öndərin xatirəsini yad etmək, Onun həyatını, siyasi fəaliyyətini təbliğ etmək məqsədilə hər il elan etdiyi "Açıq qapı” günlərini bu gün uğurla başa çatdırıb. Artıq ənənə halını almış "Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd dahi şəxsiyyətin gələcək nəsillərə örnək olan həyatını və siyasi fəaliyyətini, Azərbaycanın müstəqil və suveren dövlət kimi tanınması üçün apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlatmaq, Heydər Əliyev məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək olub.

Öz dahi rəhbərinə sonsuz sevgi və hörmətini bildirmək üçün rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anıblar. 

Bugünkü "Açıq qapı” günündə isə Yeni Azərbaycan Partiyası Qazax rayon Təşkilatının, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin, Rayon Məşğulluq Mərkəzinin, Baytarlıq İdarəsinin, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin, 7 nömrəli Neft Emalı bazasının kollektivləri, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri, Qaratel Hacımahmudova adına şəhər ümumi orta və Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəblərin müəllim və şagirdləri müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin xatirəsini yad etmək üçün gün ərzində abidəsini ziyarət ediblər. Mərkəzin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndərin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Zamanın dühası" başlıqlı sərgi ilə tanış olublar. Ümummilli Liderin həyat və siyasi fəaliyyətinin hər bir anını özündə əks etdirən mühazirələr dinləyib, filmə baxıblar.

Məlumat üçün bildirək ki, dekabrın 2-dən start götürən "Açıq qapı” günlərində 2 minə yaxın insan iştirak edib.





 







 

GOYEZEN.AZ


Geri qayıt