Əsas Səhifə > Mədəniyyət > Ümummilli Liderin anım gününə həsr olunmuş “Açıq qapı” günləri davam edir

Ümummilli Liderin anım gününə həsr olunmuş “Açıq qapı” günləri davam edir


6-12-2019, 20:49


Ulu Öndər Heydər Əliyevin həyatı öz xalqının tərəqqisinə, regionda və bütün dünyada sülhə və sabitliyə xidmətin nümunəsidir. Bu gün Ümummilli Lider Heydər Əliyev aramızda olmasa da, Böyük insanın amalları, bütün mənalı ömrünü həsr etdiyi, canından artıq sevdiyi müstəqil Azərbaycan Respublikası yaşayır və inkişaf edir. Qədirbilən xalqımız da Dahi insanın ölkəmiz və dövlətimiz üçün etdiklərini heç vaxt unutmur və daima Onun parlaq xatirəsini yad edir.

Məhz bu məqsədlə Qazax Rayon Heydər Əliyev Mərkəzində artıq ənənə halını almış "Açıq qapı” günləri hər il olduğu kimi bu il də böyük ehtiramla keçirilir. Rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anırlar. 

Dekabrın 2-dən start götürən "Açıq qapı” günlərinin təşkil edilməsində əsas məqsəd dahi şəxsiyyətin gələcək nəsillərə örnək olan həyatını və siyasi fəaliyyətini, Azərbaycanın müstəqil və suveren dövlət kimi tanınması üçün apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Heydər Əliyev məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etməkdir.

Bugünkü "Açıq qapı” günündə Qazax Rayon Telekommunikasiya Qovşağının, Rayon Poliklinikasının, Mərkəzi Xəstəxanasının, Qazax Dövlət Rəsm Qalereyasının, "Göyəzən” qəzetinin kollektivləri müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin xatirəsini yad etmək üçün gün ərzində abidəni ziyarət ediblər. Mərkəzin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndərin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Zamanın dühası" başlıqlı sərgi ilə tanış olublar. Ümummilli Liderin həyat və siyasi fəaliyyətinin hər bir anını əks etdirən mühazirələr dinləyib, filmə baxıblar.

Məlumat üçün qeyd edək ki, "Açıq qapı” günləri dekabrın 12-dək davam edəcək.










 

GOYEZEN.AZ


Geri qayıt