Əsas Səhifə > Mədəniyyət > “Heydər Əliyevin Azərbaycana rəhbərlik dövrləri” adlı “Açıq dərs” təşkil olunub
“Heydər Əliyevin Azərbaycana rəhbərlik dövrləri” adlı “Açıq dərs” təşkil olunub21-11-2019, 21:15 |
Qazax Rayon İcra Hakimiyyəti, Rayon Heydər Əliyev Mərkəzi və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev məktəbi” layihəsi çərçivəsində təşkil olunan "Açıq dərs” bu gün də davam etdirilib. Noyabr-dekabr aylarını əhatə edən layihə çərçivəsindəyuxarı sinif şagirdlərinə tarix dərslərinin Heydər Əliyev Mərkəzində keçirilməsi məktəblilər tərəfindən də böyük maraqla qarşılanır. "Açıq dərs”lərin təşkil olunmasında isə əsas məqsəd xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətini təbliğ etmək, gələcək nəsillərə çatdırmaqdır. Bugünkü "Açıq dərs” isə məktəb direktoru Söylü Xəlilovanın olduğu Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib. "Heydər Əliyevin Azərbaycana rəhbərlik dövrləri” mövzusunda mühazirəni məktəbin tarix müəllimi Zalxa Quliyeva oxuyub. Məktəblilərə bildirilib ki, XX əsrin son 30 ili və XXI əsrin başlanğıcında Azərbaycana rəhbərlik görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Tarixdə nadir hadisələrdəndir ki, Heydər Əliyev iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik etmişdir. Hər ikisində də görkəmli dövlət və siyasi xadim kimi ölkənin inkişafı və tərəqqisi üçün çalışmışdır. Hər iki quruluşda Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət edən Heydər Əliyev xalqımızın qəlbində əbədi işıq yandırmış, hər bir azərbaycanlının Ümummilli Liderinə çevrilmişdir. Mühazirədən sonra məktəblilər arasında mövzuya uyğun sual-cavab aparılıb və şagirdlərdən Nihat İsmayılzadə, Aqil Nəsibov və Elşad Cəfərov xüsusilə fərqləniblər. Dərsdən sonra mühazirədə əhatə olunmuş dövrün xronologiyasını özündə əks etdirən film nümayiş etdirilib. Dərs muzeyin ekskursiyası ilə yekunlaşıb.
GOYEZEN.AZ Geri qayıt |