Əsas Səhifə > Mədəniyyət > “Konstitusiya Heydər Əliyevin əsəridir” adlı növbəti “Açıq dərs” keçirilib
“Konstitusiya Heydər Əliyevin əsəridir” adlı növbəti “Açıq dərs” keçirilib12-11-2019, 17:06 |
Respublika Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı”nın və 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın icrası ilə əlaqədar Qazaxda da məqsədyönlü işlər görülür. Qazax Rayon İcra Hakimiyyəti, Rayon Heydər Əliyev Mərkəzi və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev məktəbi” layihəsi çərçivəsində təşkil olunan "Açıq dərs”lər də bu məqsədə xidmət edir. Ümummilli Lider Heydər Əliyev irsinin təbliği və müasir tariximizin daha da dərindən öyrədilməsi, gənclərdə xalqımızın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, ali mənəvi dəyərlərə yüksək sədaqət, ana dilinə məhəbbət, dövlət atributlarına hörmət hissini gücləndirmək məqsədilə yuxarı sinif şagirdlərinə tarix dərslərinin Heydər Əliyev Mərkəzində keçirilməsi də bu sahədə görülən işlərdir. Noyabr-dekabr aylarında reallaşan layihə çərçivəsində növbəti "Açıq dərs” bu gün N.Vəliyev adına Qazax şəhər 5 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib. "Konstitusiya Heydər Əliyevin əsəridir” adlı mühazirəni məktəbin tarix müəllimi Nuriyyə Nuruyeva oxuyub. Məktəblilərə Azərbaycan dövləti müstəqilliyinə yenidən qovuşduğu zamanlarda Ulu Öndər Heydər Əliyevin dövlətin ali qanunu olan Konstitusiyanın yaradılması üçün göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edilib. Mühazirədən sonra məktəblilər arasında mövzuya uyğun sual-cavab aparılıb. Şagirdlərdən Ərəstun Süleymanov və Aygün Mehdiyeva xüsusilə fərqləniblər. Dərsdən sonra mühazirədə əhatə olunmuş dövrün xronologiyasını özündə əks etdirən film nümayiş etdirilib. Dərs muzeyin ekskursiyası ilə yekunlaşıb. GOYEZEN.AZ Geri qayıt |