Əsas Səhifə > Mədəniyyət > Qazaxda Milli Teatr Günü qeyd olunub
Qazaxda Milli Teatr Günü qeyd olunub10-03-2017, 17:24 |
XIX əsrin 70-ci illərində Azərbaycanda Milli Teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu. Məhz həmin gün Azərbaycanda Milli Teatr Günü kimi qeyd edilir.
GOYEZEN.AZ-ın müxbirinin məlumatına görə Milli Teatr Günü münasibətlə Qazaxdakı Mədəniyyət Mərkəzində tədbir keçirilib. ![]() Qazax Dövlət Dram Teatrının direktoru Saqif İskəndərov giriş sözü ilə çıxış edərək Azərbaycan teatrının keçdiyi tarixi yoldan danışıb, rəhbərlik etdiyi kollektivin qazandığı uğurlardan söz açıb. ![]() Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova çıxış edərək rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun salamlarını və təbriklərini çatdırıb. Qazax Dövlət Dram Teatrının fərqlənən aktyorlarına Fəxri Fərmanları təqdim edib. ![]() ![]() ![]() “arb24” kanalının direktoru Nadir Şəfiyev tədbirdə çıxış edərək əlamətdar gün münasibətilə aktyorları və bütün teatr sevərləri təbrik edib. ![]() ![]() Çıxışlar başa çatdıqdan sonra Qazax Dövlət Dram Teatrı aktyorlarının ifasında yazıçı Əhməd Orucoğlunun “Sonuncu seriya” komediyası nümayiş olunub. ![]() Tamaşada rolları aktyorlardan Aydın Orucov, Nazilə Məmmədova, Zəmanə Dərvişova, İlqar Hacıəliyev, Minayə İbrahimova, Arif Alməmmədov və başqaları ifa ediblər. ![]() Tamaşanın quruluşçu rejissoru Saqif İskəndərov, quruluşçu rəssamı isə Afiq Məmmədovdur. Tamaşanın musiqisi bəstəkar, respublikanın xalq artisti Eldar Mansurovundur. ![]() “Sonuncu seriya” məişət komediyası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Geri qayıt |