Əsas Səhifə > Mədəniyyət > Qazax Rayon Heydər Əliyev Mərkəzi Ulu Öndərin Azərbaycançılıq ideologiyasının təbliği, öyrədilməsi, gənc nəsillərə çatdırılması məqsədilə rayonun kənd məktəblərində mühazirələrin oxunmasına start verib

Qazax Rayon Heydər Əliyev Mərkəzi Ulu Öndərin Azərbaycançılıq ideologiyasının təbliği, öyrədilməsi, gənc nəsillərə çatdırılması məqsədilə rayonun kənd məktəblərində mühazirələrin oxunmasına start verib


17-09-2019, 19:15


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məfkurəsinin öyrədilməsi və təbliğində ölkəmizin bütün regionlarında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri  mühüm rol oynayır. Bu baxımdan Qazax Rayon Heydər Əliyev Mərkəzi Ulu Öndərin Azərbaycançılıq ideologiyasının təbliği, öyrədilməsi, gənc nəsillərə çatdırılması məqsədilə rayonun kənd məktəblərində Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin hər bir anını özündə əks etdirən mühazirələrin oxunmasına start verib. Heydər Əliyev Məktəbi layihəsində ilk mühazirə Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbində keçirilib. Mühazirədə IX-X sinif şagirdləri, təşkilatçı müavin Səyyarə Aşurova, Uşaq Birliyi Təşkilatının rəhbəri Sultanə Nuriyeva və Mərkəzin əsas heyəti iştirak edib.

Öncə Mərkəzin Baş fond mühafizi Səidə Qocayeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında geniş məlumat verib.

Sonra Mərkəzin direktoru Ceyhunə Hüseynova "Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda geniş mühazirə oxuyaraq, Heydər Əliyevin Azərbaycan təhsilinin hərtərəfli inkişafında, tərəqqisində, maddi texniki cəhətdən möhkəmlənməsində, dünya standartlarına yaxınlaşmasında və yeni təhsil müəssisələrinin, məktəblərin açılmasında, onların yeni, müasir tədris vasitələri ilə təmin edilməsində göstərdiyi əvəzsiz xidmətlərdən danışıb.

Sonda şagirdlərə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş kitablardan ibarət sərgi təqdim edilib. 


 

GOYEZEN.AZ


Geri qayıt