Əsas Səhifə > Mədəniyyət > Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş rəsm sərgisi keçirilib
Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş rəsm sərgisi keçirilib21-02-2019, 17:30 |
Xocalı faciəsinin törədilməsindən 27 il ötür. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da faciə ilə bağlı silsilə tədbirlər keçirilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Respublika Prezidentinin "Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 2019-cu il 5 fevral tarixli 930 nömrəli və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 2019-cu il 6 fevral tarixli 11 nömrəli Sərəncamlarına əsasən Qazax rayonu üzrə Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında imzaladığı 11 fevral 2019-cu il tarixli Sərəncama uyğun olaraq tədbirlər planı hazırlanıb. 9-21/32 nömrəli Sərəncama əsasən hazırlanmış tədbirlər planında Qazax Dövlət Rəsm Qalareyasında Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinin keçirilməsi də öz əksini tapmışdır. Bu gün Qazax Dövlət Rəsm Qalereyasında Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir və rəsm sərgisi keçirilib. Tədbirdə rəsm dərnəyinin üzvlərinin mövzuya aid əsərləri nümayiş olunub. Mədəniyyət işçilərinin və məktəblilərin iştirak etdiyi tədbirdə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qazax Dövlət Rəsm Qalereyasının müdiri Münəvvər Xəlilova çıxış edərək faciənin yaranma səbəblərindən, hadisəni törədənlərin vəhşiliklərindən danışıb. Xalqımızın qan yaddaşına silinməz izlərlə yazılan Xocalı faciəsinin bütün bəşəriyyətə, insanlığa qarşı törədilmiş bir faciə olduğunu diqqətə çatdırıb. Məktəblilərdən Ömər Əliyev və Sunay Mustafayeva faciəyə həsr olunmuş şeirlər səsləndiriblər.
GOYEZEN.AZ Geri qayıt |