Əsas Səhifə > Mədəniyyət > “Milli birliyimizin başlanğıcı”

“Milli birliyimizin başlanğıcı”


24-12-2018, 15:00


Rayonumuzun digər müəssisələrində olduğu kimi, Qazax rayon Heydər Əliyev Mərkəzində də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə "Milli birliyimizin başlanğıcı” başlıqlı tədbir keçirilib.

Tədbirdə Qazax şəhər N.Vəliyev adına 5 saylı tam orta məktəbin birinci sinif şagirdləri, valideynlər və sinif müəllimi Rüxsarə Əhmədova iştirak ediblər.

Mərkəzin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını əlamətdar günlər münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən danışaraq  bildirib ki,  31 dekabr - Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.

Sonra söz uşaqlara verilib. Bayram əhval-ruhiyyəli tədbirdə məktəbin şagirdləri Ömər Zeynallı, Dəniz Daşdəmirli, Ömər Xasməmmədov, Çingiz Mustafayev və Zəhra Nuriyeva həmrəyliyə, yeni ilə həsr olunmuş şeirlər söyləyiblər.

Həmrəylik gününə həsr edilmiş filmin nümayişindən sonra şagirdlər musiqi sədaları altında rəqs ediblər.

Sonda məktəblilərə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsi tərəfindən bayram sovqatları təqdim olunub.







GOYEZEN.AZ


Geri qayıt