Əsas Səhifə > Mədəniyyət > Mədəniyyət Naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək

Mədəniyyət Naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək


16-07-2018, 17:30
Mədəniyyət Naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək
GOYEZEN.AZ saytı AZƏRTAC-a istinadən bildirir ki, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 20-də Qazax şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu şəhərdə yerləşən Ədəbiyyat Muzeyində reallaşacaq qəbulda (Heydər Əliyev prospekti, 98A ) Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

Geri qayıt