Əsas Səhifə > Mədəniyyət > Qazaxda “Açıq qapı” günlərinə start verilib

Qazaxda “Açıq qapı” günlərinə start verilib

1-05-2018, 20:15
Qazaxda “Açıq qapı” günlərinə start verilib
Xəbər verdiyimiz kimi, bu gündən etibarən Qazax rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar “Açıq qapı” günlərinə start verilib. “Açıq qapı” günlərinin təşkil edilməsində əsas məqsəd ekskursiyaçılara ulu öndərin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat çatdırmaqdır.

Bu məqsədlə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad edirlər.

Sonra mərkəzdə dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətindən bəhs edən mühazirələr oxunur, filmlər nümayiş olunur, kitab və jurnallardan ibarət sərgi təşkil edilir. Ulu öndərin siyasi irsini, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri özündə əks etdirən dolğun məlumatlar çatdırılır.

Ekskursiya iştirakçıları Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinin geniş əks olunduğu kitab və jurnallardan ibarət ”Tarixi yaddaşlara həkk olunmuş mənalı ömür” başlıqlı sərgi ilə tanış olurlar.

Məlumat üçün qeyd edək ki, “Açıq qapı” günləri mayın 10-dək davam edəcəkdir.

GOYEZEN.AZ

Geri qayıt