Əsas Səhifə > Mədəniyyət > “Tarixi yaddaşın izi ilə”
“Tarixi yaddaşın izi ilə”18-04-2018, 12:30 |
Bu gün Qazax rayonundakı Heydər Əliyev Mərkəzində 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar tədbir keçirilib. “Tarixi yaddaşın izi ilə” adlı tədbirdə Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim-tələbə kollektivi və mərkəzin əməkdaşları iştirak edib. Tədbir iştirakçıları əvvəlcə muzeyin foyesində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək məhv edilmiş və dağıdılmış tarixi abidələrin şəkilləri və statistikası əks olunmuş xüsusi stendlə tanış olublar. Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün tarixindən və əhəmiyyətindən danışıb, işğal altında olan tarixi abidələrimiz haqqında ətraflı məlumat verib. Qeyd edib ki, aprelin 18-i dünyada Abidələrin və Tarixi Yerlərin Beynəlxalq Mühafizəsi Günü kimi qeyd olunur. 1983-cü ildə UNESCO-nun abidələrin və tarixi yerlərin mühafizəsi üzrə Beynəlxalq Şurası (İCOMOS) tərəfindən belə bir günün təsis edilməsində məqsəd dünya ictimaiyyətinin diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan Silahlı Qüvvələri 1,421 mədəniyyət evini, 15 şəhər və 503 kənd mədəniyyət evi və klubunu, 8 rayon, 32 şəhər, 10 uşaq və 683 kənd kitabxanasını, 6 mədəniyyət və istirahət parkını, 47 uşaq musiqi məktəbini, 3 teatr, 3 qalereya, 464 tarixi abidəni, təqribən 40 min tarixi əl işi və 4,6 mln. kitabı məhv edərək dağıdıblar. Sonra Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alışanova çıxış edərək Qazax rayonunun dünya, ölkə və yerli əhəmiyyətli abidələrindən, tarixi abidələrin və yerlərin bugünkü vəziyyətindən, qorunmasından və bərpasından söz açıb. Sonda ”Tarixsiz taleyə malik tarixi abidələrimiz” adlı filmə baxılıb. GOYEZEN.AZ Geri qayıt |