Əsas Səhifə > Mədəniyyət > Qazaxda “Ulu Öndər Heydər Əliyevin həyatında kitab və mütaliənin rolu” adlı tədbir keçirilib
Qazaxda “Ulu Öndər Heydər Əliyevin həyatında kitab və mütaliənin rolu” adlı tədbir keçirilibDünən, 19:56 |
|
Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir". Qeyd edib ki, Azərbaycanın ən yeni tarixinin qürur və şərəf hissi doğuran bütün səhifələrində onun imzası var. Heydər Əliyevin dövlət kitabxana siyasəti respublika miqyasında aparılan kitabxana işinin əsasını təşkil edir. XX əsrin 90-cı illərində “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanuna müvafiq normativ-hüquqi aktların qəbul olunması məhz Heydər Əliyevin adı ilə bağlı olmuş və bilavasitə onun rəhbərliyi altında həyata keçirilmişdir. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununa kitabxanaların əmlakının, fondlarının və statusunun, xüsusilə onların sovet dövründə yerləşdikləri binalarının mühafizəsi məqsədilə bir sıra maddələrin daxil edilməsi məhz Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kitaba və kitabxanaya böyük dəyər verən Ulu Öndər Heydər Əliyevin göstərişi və tövsiyələri əsasında həyata keçirilmişdir. Tədbirdə çıxış edən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanov, Oxuculara xidmət şöbəsinin müdiri v.m.i.e Nərmin Musayeva və Uşaq şöbəsinin müdiri Lalə Sadıqova çıxışlarında bildiriblər ki, müasir dövrdə Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan kitabxanalarının fəaliyyətinin müasir dövrün, zamanın tələblərinə uyğun olaraq yenidən qurulması və daha da təkmilləşdirilməsi, kitabxana-informasiya xidmətinin tam avtomatlaşdırılması, innovasiyaların oxucuların informasiya təminatı proseslərinə tətbiqi və Azərbaycanın bütün dünyaya tanıdılması sahəsində görülən bütün işlərin təməlində də məhz Ulu Öndər Heydər Əliyevin ötən əsrin 90-cı illərində kitabxana işi sahəsində böyük uzaqgörənliklə həyata keçirdiyi inqilabi tədbirlər durur. Kitabxana əməkdaşları Ulu Öndərə həsr olunmuş sözlərdən ibarət kompozisiya ilə çıxış edib, kitabxananın fəal oxucuları Ulu Öndərə həsr olunmuş şeirlər söyləyiblər. Sonda MIHI Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov kitabxananın tədbirlərində fəal iştirak edən oxuculara hədiyyələr təqdim edib. Gün ərzində açıq səma altında “Ulu Öndər Heydər Əliyevin həyatında kitab və mütaliənin rolu” adlı sərgi nümayiş etdirilib.
Geri qayıt |