Əsas Səhifə > Mədəniyyət > Ulu Öndər Heydər Əliyev daim Azərbaycan xalqının qəlbində yaşayacaq

Ulu Öndər Heydər Əliyev daim Azərbaycan xalqının qəlbində yaşayacaq


Dünən, 19:48

Azərbaycan xalqının Ümummilli Lideri, siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan fenomen Dahi şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin ən müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü, qüdrətli, müasir bir dövlətin yaradılması idi. Ulu Öndər Azərbaycanı sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi, böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini təmin etdi. Dahi şəxsiyyətbütün həyatı boyu Azərbaycanın və xalqın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərdi və yaddaşlarda əbədiyaşarlıq qazandı. Ulu Öndər Heydər Əliyev daim Azərbaycan xalqının qəlbində yaşayacaq, hər zaman xalqımızın sonsuz məhəbbətinin qürur mənbəyi olacaqdır.

Mayın 7-də Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin,Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi Qazax bölməsinin, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai birliyinin Qazax rayon filialı, Azərbaycan Respublikası Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı Qazax rayon şöbəsinin, Uşaq Gənclər İdman Şahmat Məktəbinin, “Sokar Petrolium” QSC 7 nömrəli Qazax NBS-nin rəhbər və əməkdaşları, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin Qazax korpusu, Qazax rayon Alı Əlıyev adına Hüseynbəyli kənd tam orta ümumtəhsil məktəbin, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət fənləri Təmayüllü məktəb-liseyin, Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin direktor və müəllimləri Qazax rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ziyarətçilərə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrləri haqqında geniş məlumat verilib, “Əlçatmaz zirvə” başlıqlı kitab sərgisi və film nümayiş etdirilib.


Geri qayıt