Əsas Səhifə > Mədəniyyət > Nə qədər ki, Azərbaycan var, Ulu Öndər Heydər Əliyev ürəklərdə daim yaşayacaq

Nə qədər ki, Azərbaycan var, Ulu Öndər Heydər Əliyev ürəklərdə daim yaşayacaq


Bu gün, 19:00

Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində ölkəmizin qüdrətinin, xalqımızın rifahının artmasına xidmət edən tarixi işlər görüb, mühüm nailiyyətlərə imza atlb. Azərbaycanın xilası və dirçəlişi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan nailiyyətlərin əsasını təşkil edir. Bu gün işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır. Prezident İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib. Dahi şəxsiyyətin əbədiyaşar ideyaları bundan sonra da Azərbaycanı daim irəliyə, möhtəşəm uğurlara, qələbələrə aparacaq. Nə qədər ki, Azərbaycan var, Ulu Öndər də ürəklərdə daim yaşayacaq.

5-6 may tarixlərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qazax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, Epidemiologiya və Gigiyena Mərkəzinin,“Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin, Qazax Kommunal Müəssisələri Kombinatının, Qazax Magistral Qaz Kəmərləri sahəsinin rəhbər və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz Regional nümayəndəliyinin, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin, Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin, Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta ümumtəhsil məktəbin, Qazax rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin, Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktor, müəllim və şagirdləri, Qazax şəhər 2 nömrəli uşaq baxçasının direktor, müəllim və körpə fidanları Qazax Rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ziyarətçilərə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrləri haqqında geniş məlumat verilib, “Əlçatmaz zirvə” başlıqlı kitab sərgisi və film nümayiş etdirilib.


Geri qayıt