Əsas Səhifə > Mədəniyyət > BDU-nun Qazax filialında “Ulu Öndər Heydər Əliyevin fəaliyyəti sayəsində formalaşmış tarixi memarlıq ənənələri” mövzusunda mühazirə oxunub

BDU-nun Qazax filialında “Ulu Öndər Heydər Əliyevin fəaliyyəti sayəsində formalaşmış tarixi memarlıq ənənələri” mövzusunda mühazirə oxunub


9-04-2026, 19:39

Aprelin 9-da Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin fəaliyyəti sayəsində formalaşmış tarixi memarlıq ənənələri” mövzusunda mühazirə oxunub.

Tədbirdə BDU Qazax filialında Tələbələrlə İş və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Qasım Əliyev, filialın Tədris şöbəsinin müdiri Hürü Şamilova, tarix fakültəsinin tələbələriMərkəzin əməkdaşları iştirak ediblər.

BDU Qazax filialında Tələbələrlə İş və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Qasım Əliyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Q.Əliyev bildirib ki, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir tarixi vardır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində mühüm işlər görülüb, şəhərlərin siması dəyişib, yeni mikrorayonlar salınıb. Tarix və memarlıq abidələrinin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Bu mövzuda Ulu Öndər Heydər Əliyevin mühüm əhəmiyyətli xidmətləri barədə geniş məlumat vermək üçün Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarının hazırladıqları mühazirə universitetin tələbələri üçün çox səmərəlidir.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova “Ulu Öndər Heydər Əliyevin fəaliyyəti sayəsində formalaşmış tarixi memarlıq ənənələri” mövzusunda mühazirə edib. Azərbaycanda şəhərsalma və memarlığın xüsusi mərhələsinin Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərin təşkil etməsindən danışıb. C.Hüseynova bildirib ki, məhz bu böyük şəxsiyyətin verdiyi qərarlar, həyata keçirdiyi tədbirlər nəticəsində tarixən təşəkkül tapmış Azərbaycan şəhərləri bütöv şəhərsalma sistemi qorunub və bu istiqamətdə planlı iş aparılıb. Heydər Əliyevin “Dünya ümumiyyətlə, quruculuqla, tikib yaratmaqla yaşayıb inkişaf edib” - sözləri Onun siyasətində öz əksini tapıb. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan inkişaf edib, memarlıq və inşaat sahəsində böyük tərəqqi əldə edilib. Bakıda və respublikanın başqa şəhərlərində memarlığın yüksək ustalığından xəbər verən ictimai və yaşayış binaları, parklar, memarlıq ansamblları meydana gəlib. Ümummilli Lider hər zaman tikililərin layihələndirilməsində, süjet xəttini özü verir, memarlarla mütəmadi müzakirələr aparırdı, layihələri memarlarla özü birgə işləyirdi. Təkcə layihələrin işlənməsi deyil, onların yerini də özü seçir, ətraf mühitlə harmoniyasına xüsusi diqqət yetirirdi. “Respublika” Sarayı və “Gülüstan” Sarayı bunların ən gözəl bariz nümunəsidir. Bu siyasi kurs bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev tərəfindən memarlıq və şəhərsalma sahəsində böyük dövlət proqramları icra olunur, qədim ənənələr qorunmaqla şəhərimizin siması müasirləşdirilir. Bu gün Bakı dünyanın ən müasir və inkişaf etmiş şəhərlərindən biri kimi tanınır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi zəfərdən sonra Qarabağ və Şərqi zəngəzurda geniş quruculuq işləri aparılır. Azad edilmiş ərazilərdə müasir standartlara cavab verən, ekoloji cəhətdən təmiz, “yaşıl enerji” prinsiplərinə əsaslanan yeni şəhərlər və yaşayış məntəqələri salınır. Məhz BMT-nin Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarı ölkəmizin iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin bariz göstəricisidir.


Geri qayıt