Əsas Səhifə > Mədəniyyət > Qazaxda “Şəhid şəhəri Xocalı artıq abad şəhərdir” adlı tədbir təşkil edilib
Qazaxda “Şəhid şəhəri Xocalı artıq abad şəhərdir” adlı tədbir təşkil edilib25-02-2026, 20:48 |
|
Ziyarətdən sonra Qazax rayon mədəniyyət müəssisələrinin rəhbərləri və tədbir iştirakçıları Məekəzləşdirilmiş Kitabxana Sisteminin Mədəniyyət Mərkəzinin foyesində təşkil etdiyi Xocalı faciəsinə həsr olunmuş kitab sərgisinə baxış keçiriblər. Sonra Mərkəzinin böyük zalında “Şəhid şəhəri Xocalı artıq abad şəhərdir” adlı tədbir təşkil edilib. Tədbiri giriş sözü ilə açan Qazax Dövlət Dram Teatrının direktoru Allahverdi Musayev tədbirin mahiyyəti haqqında iştirakçılara məlumat verdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, 26 Fevral – Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib Tədbirdə çıxış edən Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru, Qazax–Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhunə Hüseynova bildirib ki, Azərbaycan tarixinin qanlı səhifələrindən olan 26 Fevral - Xocalı faciəsindən 34 il ötməsinə baxmayaraq bu günü biz həmişə xatırlamalıyıq. 1992-ci ilin fevral ayının 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik törədilib. Qadınlar, uşaqlar, qocalar yalnız azərbaycanlı olduqları üçün amansızcasına qətlə yetirilib. Günahsız insanların həyatına son qoyulması təkcə bir şəhərin deyil, bütün bir xalqın ürəyində sağalmaz yaralar açıb. Bu gün Xocalı şəhidlərini anmaqla yanaşı, onların xatirəsinə sədaqətimizi ifadə edirik. Onların qanı yerdə qalmadı. Azərbaycan bu gün güclü, müstəqil və qalib dövlətdir və Xocalı azaddır. MİHİ Qazax rayon komitəsinin sədri, Əməkdar Mədəniyyət İşçisi İsgəndər Qurbanov çıxışında Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda, əsrlər boyu keçdiyi mübarizə və azadlıq yolu olduğunu deyib. İ.Qurbanov vurğulayıb ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşub. Xocalı xalqımızın sarsılmaz iradəsinin, mübarizə ruhunun simvoludur. Biz bu ağrını unutmur, unutdurmuruq. Tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq hər birimizin borcudur. Qazax Dövlət Dram Teatrının rejissoru, Əməkdar artist Xəzər Gəncəli çıxışında qeyd edib ki, Xocalı faciəsi sadəcə hərbi cinayət deyil, insanlığa qarşı törədilmiş ağır cinayətdir. Bu faciə insanlığın vicdanına vurulmuş qara ləkədir. Bu gün biz Xocalıda şəhid olan körpələrin yarımçıq qalan gülüşlərini, anaların fəryadını, ataların susqun kədərini xatırlayırıq. Bu gün biz yalnız böyük bir faciəni anmaq üçün deyil, həm də tarixi ədalətin bərpa olunduğu bir həqiqəti xatırlamaq üçün buradayıq. 26 Fevral tariximizə kədər günü kimi yazılsa da, bu gün artıq həmin kədərin içində qürur və zəfər işığı da var. Sonda tədbir Qazax Dövlət Dram Teatrının aktyorlarının ifasında Xocalı faciəsinə həsr edilmiş “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.
Geri qayıt |