Əsas Səhifə > Mədəniyyət > Qazaxda 20 Yanvar Şəhidlərinin xatirəsi anıldı
Qazaxda 20 Yanvar Şəhidlərinin xatirəsi anıldı19-01-2026, 20:19 |
|
Ziyarətdən sonra Mədəniyyət Mərkəzinin böyük zalında tədbir təşkil edilib. Tədbirdə 20 Yanvar Şəhidlərinin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru, Qazax–Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhunə Hüseynova açaraq bildirib ki, Azərbaycan tarixinin qanlı səhifələrindən olan 20 Yanvar faciəsindən 36 il ötməsinə baxmayaraq bu günü biz həmişə xatırlamalıyıq. Hər addımı gülüstana çevrilən Azərbaycan haqqında danışarkən bu günlərimiz üçün öz canlarını əsirgəməyən 20 Yanvar şəhidlərinin cəsarəti, qəhrəmanlığı əsla unudulmamalıdır. Biz 20 Yanvar faciəsini Ulu Öndərin dediyi kimi təkcə faciə deyil, həm də müasir tariximizin şanlı səhifələrindən biri kimi anmalıyıq. Bu terror aktına siyasi qiymətin verilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamaq lazımdır. 20 Yanvar faciəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılması Ulu Öndərin adı ilə baglıdır. Bu tarixi reallıqdır və Azərbaycan xalqının tarixində böyük önəm kəsb edir. MİHİ Qazax rayon Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanov, Qazax Dövlət Dram Teatrının direktoru Allahverdi Musayev çıxışlarında qeyd ediblər ki, bu qanlı gecədə Azərbaycan xalqı min illik qəhrəmanlıq tarixini dünyaya yenidən göstərdi və sübut etdi ki, bu xalq azadlıq yolunda ölümə də hazırdır. Qəhrəman igidlərimiz bir həqiqəti təsdiq etdi ki, Vətən oğulları Vətən uğrunda ölməyi bacarmasa Vətən yaşamaz. 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz ruhu və əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Tədbir Qazax Dövlət Dram Teatrının aktyorlarının Ə.Əmirlinin “Xeyir və Şər“ pyesi əsasında hazırladıqları “Şəhid atası” adlı tamaşanın nümayişi ilə yekunlaşıb.
Geri qayıt |