Əsas Səhifə > Mədəniyyət > Qazaxda “Konstitusiya və Suverenlik ili” çərçivəsində müəllimlər arasında intellektual bilik yarışı keçirilib
Qazaxda “Konstitusiya və Suverenlik ili” çərçivəsində müəllimlər arasında intellektual bilik yarışı keçirilib15-12-2025, 20:42 |
|
Bu baxımdan “Konstitusiya və Suverenlik İli” ölkədə hüquqi şüurun və hüquq mədəniyyətinin yüksəldilməsinə, vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, milli dəyərlərlə hüquqi dövlət prinsiplərinin ahəngdar vəhdətinin təmin olunmasına yönəlmiş strateji əhəmiyyətli təşəbbüsdür. Qazax rayonu ərzində il ərzində keçirilən elmi-praktik konfranslar, maarifləndirici proqramlar və müxtəlif ictimai tədbirlər də məhz bu məqsədlərin reallaşdırılmasına xidmət edir.
Dekabrın 15-də Qazax Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektoru və “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayonun ümumtəhsil müəssisələrinin müəllimləri arasında intellektual bilik yarışı təşkil edilib. Bu münasibətlə təşkil olunmuş tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkil etdiyi sərgiyə baxış keçirilib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev çıxış edərək “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş yarışın əhəmiyyətini diqqətə çatdıraraq iştirakçılara uğurlar arzu edib. Bilik yarışının qiymətləndirilməsini Qazax rayonu ümumtəhsil məktəbinin direktor və müəllimlərindən, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun nümayəndələri və “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşlarından ibarət münsiflər heyəti həyata keçirib. Hər biri 4 nəfərdən ibarət olan 20 komandanın qatıldığı yarış 3 mərhələdən ibarət olub. İştirakçılar “Konstitusiya və Suverenlik İli”, Azərbaycan Respublikasının Konstitusiyası, azad olunmuş ərazilərdəki tarixi abidələr və suverenlik mövzularını əhatə edən 40 sualdan ibarət 3 mərhələdə biliklərini sınayıblar. Bilik yarışının sonunda I yerə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimlərindən ibarət “Qazax” komandası, II yerə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbin müəllimlərindən ibarət “Qarabağ” komandası, III yerə Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta ümumtəhsil məktəbin müəllimlərindən ibarət “Qubadlı” komandası layiq görülüb. Qalib komandalar Sertifikat və hədiyyələrlə mükafatlandırılıblar. Belə yarışlarda xüsusilə müəllimlərin iştirakı gələcək nəsillərə Vətən sevgisinin, hüquqi düşüncənin və dövlətə sədaqətin aşılanmasında böyük əhəmiyyət daşıyır. Bilik yarışı sağlam rəqabət, yüksək intellekt və milli həmrəylik ruhu ilə yadda qaldı.
Geri qayıt |