Əsas Səhifə > Mədəniyyət > Qazaxda 28 May - Müstəqillik Günü ilə əlaqədar “Varislik ənənəsinin uğurlu davamı-əbədi müstəqillik” adlı tədbir keçirilib
Qazaxda 28 May - Müstəqillik Günü ilə əlaqədar “Varislik ənənəsinin uğurlu davamı-əbədi müstəqillik” adlı tədbir keçirilib26-05-2025, 21:46 |
Mayın 26-da Qazax Rayon Heydər Əliyev Mərkəzi və Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənləri Təmayüllü Məktəb-Liseyin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü ilə əlaqədar “Varislik ənənəsinin uğurlu davamı-əbədi müstəqillik” adlı tədbir keçirilib. Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. “Qalib ölkənin müstəqilliyi” başlıqlı film nümayiş etdirilib. Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri açıq elan edərək tədbir iştirakçılarını salamlayıb, 28 May - Müstəqillik Günü münasubətilə təbrik edib, Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixindən, müstəqilliyimizin keçdiyi tarixi inkişaf yolundan danışıb. C.Hüseynova bildirib ki, 28 May - Müstəqillik Günü Azərbaycanın tarixində xüsusi gündür. Azərbaycan xalqı müsəlman dünyasında ilk dünyəvi və parlamentli respublika yaradaraq öz dövlətçiliyini qurub. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: “28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur”. AXC-nin yaradılmasının tarixi əhəmiyyəti əvəzsizdir. Bu, həqiqətən də dünya siyasi tarixində mühüm addım olub, çünki AXC demokratik prinsipləri və müsəlman mədəniyyətini birləşdirməyin mümkünlüyünü nümayiş etdirib. Bu isə xalqımızın çox mütərəqqi xalq olduğunun göstəricisidir. Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, bu müddət ərzində çox böyük işlər görə bilib. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığının təsis edilməsi, milli ordu yaradılması və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad edilməsi, Bakı Dövlət Universitetinin yaradılması, 200-dən çox qanunun qəbulu, qadınlara səsvermə hüququnun verilməsi Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının ölkəmiz, xalqımız üçün çox böyük işlər görməsinin nümunəsidir. Cümhuriyyətin tezliklə süqutu bir daha onu göstərdi ki, müstəqilliyi saxlamaq onu əldə etməkdən daha çətindir. 1918-ci ildə qaldırılıb 1920-ci ildə endirilən bayrağı isə ilk dəfə olaraq rəsmi qaydada Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırdı və təsis etməsi ilə müstəqilliyə gedən yolun başlandığını bəyan etdi. Sovet İttifaqı hələ yaşayırdı və belə cəsarətli addım Ulu Öndərin öz xalqına, öz dövlətinə, xalqının, dövlətinin gələcəyinə nə qədər bağlı olduğunu sübut etdi. Məhz Heydər Əliyevin yenidən qayıdışı ilə 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Ulu Öndər Heydər Əliyevin xalq, dövlət qarşısında misilsiz xidmətləri sayəsində 1993-cü ilə qədər formal xarakter daşıyan müstəqilliyimiz əbədi oldu, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanıldı. Nizami ordu yaradıldı, ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başladı, dövlətçiliyin əsasları qoyuldu, azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edildi, Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi. Bu gün Azərbaycan bu strateji inkişaf istiqamətlərini əsas tutaraq öz inamlı siyasətini aparır. Bu gün ölkəmiz müstəqil siyasət apararaq, milli maraqların təmin olunmasında çox böyük addımlar atır, çox böyük uğurlar qazanır. 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir. Əlbəttə ki, o vaxtdan bu günə qədər çox böyük işlər görülüb, dövlət başçısının uzaqgörən siyasəti ilə ikinci dəfə əldə etdiyimiz müstəqilliyimiz daha möhkəm, dönməz və sarsılmaz olub. Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənləri Təmayüllü Məktəb-Liseyin müəllimi Vüsalə Abdullayeva, Uşaq Birliyi Təşkilat rəhbəri Mehriban Əliyeva çıxış edərək bildiriblər ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir və daha da zənginləşdirilir. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyə qovuşdu. Bu, xalqımızın XX əsrdə özünün müstəqil dövlətini qurmaq üçün qazandığı ikinci şansı idi. Lakin, ölkədə gedən xoşagəlməz proseslər imkan vermədi ki, gənc müstəqil Azərbaycan ayaqda möhkəm dayansın, öz müstəqil siyasətini aparsın və xalqın maraqlarını doğrulda bilsin. AXC-”Müsavat” rejimi hakimiyyəti qanunsuz şəkildə zəbt etdikdən sonra ölkə idarəolunmaz vəziyyətə düşmüş, vətəndaş müharibəsi başlamışdı. Məhz o illərdə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi alovlanmış və torpaqlarımız işğal altına düşmüşdü. Respublikamızda xaos, total böhran hökm sürürdü, iqtisadiyyat iflic vəziyyətdə idi. Əlbəttə ki, Azərbaycan xalqı çıxış yolu axtarırdı. Xalqımız nicat yolunu Heydər Əliyevin simasında gördü, Onu hakimiyyətə dəvət etdi və bir daha öz müdrikliyini təsdiqlədi. Bütövlükdə, Azərbaycanın inkişaf salnaməsini yazan Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın o vaxtkı rəhbərliyinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Bu tarix müasir tariximizdə dönüş nöqtəsi oldu. Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, respublikada sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş strateji inkişaf istiqamətlərini əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq özünün inamlı siyasətini aparır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Tədbir Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənləri Təmayüllü Məktəb-Liseyin şagirdləri Ömər Muradlı, Pəri Mansırlı, Nərgiz Orucova, Səfurə Həsənli, Mustafa Vəliyev, Orxan Abdullayev, Dəniz Həsənli 28 May - Müstəqillik Gününə həsr edilmiş şeir səsləndirib, ədəbi kompozisiyalar nümayiş etdiriblər.
Geri qayıt |