Qazax Rayon Heydər Əliyev Mərkəzi Ulu Öndərin Azərbaycançılıq ideologiyasının təbliği, öyrədilməsi, gənc nəsillərə çatdırılması məqsədilə rayonun kənd məktəblərində mühazirələrin oxunmasına start verib
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məfkurəsinin öyrədilməsi
və təbliğində ölkəmizin bütün regionlarında fəaliyyət göstərən Heydər
Əliyev Mərkəzləri mühüm rol oynayır. Bu
baxımdan Qazax Rayon Heydər Əliyev Mərkəzi Ulu Öndərin Azərbaycançılıq ideologiyasının təbliği, öyrədilməsi, gənc nəsillərə çatdırılması məqsədilə rayonun
kənd məktəblərində Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin hər bir anını
özündə əks etdirən mühazirələrin oxunmasına start verib. Heydər Əliyev Məktəbi
layihəsində ilk mühazirə Qazax rayon Nizami Hüseynov
adına Aşağı Salahlı kənd tam orta məktəbində keçirilib. Mühazirədə IX-X
sinif şagirdləri, təşkilatçı müavin Səyyarə Aşurova, Uşaq Birliyi Təşkilatının
rəhbəri Sultanə Nuriyeva və Mərkəzin əsas heyəti iştirak edib. Öncə Mərkəzin Baş fond mühafizi Səidə Qocayeva çıxış edərək
Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında geniş məlumat verib. Sonra Mərkəzin direktoru Ceyhunə
Hüseynova "Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda geniş
mühazirə oxuyaraq, Heydər Əliyevin Azərbaycan təhsilinin hərtərəfli
inkişafında, tərəqqisində, maddi texniki cəhətdən möhkəmlənməsində, dünya
standartlarına yaxınlaşmasında və yeni təhsil müəssisələrinin, məktəblərin
açılmasında, onların yeni, müasir tədris vasitələri ilə təmin edilməsində göstərdiyi
əvəzsiz xidmətlərdən danışıb. Sonda şagirdlərə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş
kitablardan ibarət sərgi təqdim edilib.
GOYEZEN.AZ
Facebook-da paylaş