Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib1-02-2018, 20:50 |
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaş amilini ön plana çəkərək rəsmi qəbul günündən başqa digər vaxtlarda da rayon sakinlərini fərdi şəkildə qəbul edir. Artıq bu, Qazax rayonunda ənənə şəklini alb. Bu gün İcra Başçısı bir qrup vətəndaşı fərdi qəbul edərək onların qayğı və problemləri ilə maraqlanıb. Orta Salahlı kənd sakini Mehdiyeva Dildar Səməd qızı, şəhər sakini Məmmədova Türkan Lətif qızı, Bağanıs Ayrım kəndindən Mehdiyeva Rafət Oktay qızı özlərinin, II qrup Qarabağ müharibəsi əlili Vəliyev Urfan Novruz oğlu və Məmmədov Saleh Yusif oğlu həyat yoldaşlarının, Məzəm kənd sakini Məmmədova Fazilə Məsim qızı isə oğlunun işlə təmin olunmaları üçün rayon rəhbərliyinə ərizə ilə müraciət ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşları diqqətlə dinlədikdən sonra onların gələcəkdə müvafiq işlə təmin olunmaları barədə göstəriş verib. Aşağı Əskipara kənd sakini Lamiyə Məmmədovanın, Vəliyev Vüqar Mustafa oğlunun, Osmanova Qaratel Hacımurad qızının işlə təmin edilməsi haqda müraciətləri də rayon rəhbərliyi tərəfindən cavablandırılıb. Yuxarı Salahlı kənd sakini Seyidli Aslan Hüseyn oğlunun, şəhər sakini Əliyev Vüsal Novruz oğlunun torpaqla bağlı müraciətlərini diqqətlə dinlədikdən sonra İcra başçısı qaldırılan məsələlərin aidiyyatı üzrə araşdırılmasını tapşırıb. Qazax şəhər sakini Bayramov Sahib Həsən oğlunun qrup almaq üçün etdiyi müraciətinin əsassız olduğu qeyd olunub. GOYEZEN.AZ Geri qayıt |