Əsas Səhifə > Manşet / Rəsmi > Sərhəd kəndi hesabat verdi
Sərhəd kəndi hesabat verdi30-01-2018, 16:47 |
Qazax rayonunun sərhəddə yerləşən yaşayış məntəqələrindən biri də Fərəhli kəndidir. Kəndin sakinləri zamanında erməni işğalçılarına qarşı mərdliklə mübarizə aparmış, həm öz torpaqlarını qorumuş, həm də Qarabağ uğrunda gedən müharibədə igidlik göstərmişlər. Bu yolda Fərəhli kəndi 5 şəhid vermiş, 7 nəfər isə Qarabağ müharibəsində əlil olmuşdur. Qazax rayon İcra Hakimiyyəti Başçısının Fərəhli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2017-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair hesabat yığıncağında şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Sonra Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev giriş sözü ilə çıxış edərək rayonumuzda görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə iqtisadiyyatın şaxələndirilməsi, rəqabətliliyin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların müsbət nəticələr verməsini və bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti Qazaxda çox uğurla həyata keçirilmişdir. Rayonumuzun İcra Başçısı Rəcəb Babaşovun gərgin əməyi nəticəsində Qazax şəhərində və kəndlərimizdə 10 illərə bərabər işlər görülmüşdür. Həyata keçirilən quruculuq və abadlıq işləri nəticəsində hesabat ilində şəhərin, eləcə də kəndlərin siması köklü şəkildə dəyişmiş, Qazax respublikamızın ən inkişaf etmiş və ən abad rayonlarından birinə çevrilmişdir. RİHB-nın Fərəhli kənd İƏD-si üzrə nümayəndəsi Nəsimi Vəliyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, yola saldığımız 2017-ci il ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil oldu. Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da 2017-ci il bir çox hadisələrlə yadda qalmışdır. Qeyd olunub ki, Fərəhli kənd İƏD-si üzrə nümayəndəlik iki kəndi - Fərəhli və Qızıl Hacılı kəndlərini əhatə edir. Nümayəndəlik ərazisində 1 ümumi orta məktəb, 1 feldşer-mama məntəqəsi, 1 diyarşunaslıq klubu, 1 kitabxana və poçt faliyyət göstərir. Nümayəndəliyin ərazisi dövlət mülkiyyətli 109 hektar, bələdiyyə mülkiyyətli 1600 hektar, xüsusi mülkiyyətli 645 hektar olmaqla, ümumi ərazisi 2354 hektardır. Bundan 2075 hektarı kənd təsərrüfatına yararlı torpaq sahəsidir. 1 yanvar 2018-ci il tarixə Fərəhli kəndi üzrə 907 nəfər, 235 təsərrüfat, Qızıl Hacılı kəndi üzrə isə 294 nəfər, 83 təsərrüfat olmaqla, iki kəndin birlikdə 1201 nəfər əhalisi, 318 təsərrüfatı olmuşdur. Qızıl Hacılı kəndinin əhalisi 11 may 1992-ci il tarixdən məcburi köçkün kimi qeydə alınmış, Qazax şəhərində və rayonun kəndlərində məskunlaşmışdır. Məcburi köçkün kimi qeydə alınmış 170 nəfər Qızıl Hacılı kənd sakini hər bir nəfər kommunal xidmətlərin ödənişi üçün 36 manat vahid müavinət almışlar. Hər ay məcburi köçkünlərin siyahıları dəqiqləşdirilərək məlumat Qazax rayon İcra Hakimiyyətinə təqdim edilmişdir. Hesabat dövüründə kənd İƏD-si üzrə nümayəndəlik işçi qrupunun və kənd fəallarının iştirakı ilə kəndin mövcud problemlərinin həllinə çalışmışlar. Kəndarası yollar 2016-cı ildə Kənd İnvestisiya Layihəsinin xətti ilə 9800 metr qum-çınqılla təmir olunaraq hamarlanmışdır. Fərəhli kənd icması Kənd İnvestisiya Layihəsi ilə əməkdaşlığını bu gün də davam etdirir. Layihə əməkdaşları Fərəhli kənd icması ilə iclas keçirmiş, Fərəhli kənd qəbiristanlığının ətrafının dəmir torlarla hasarlanması, çardağın və giriş darvazasının qoyulması layihəyə salınmışdır. Bu işlərin yaxın vaxtlarda başlanması gözlənilir. Kənd əhalisi içməli suya olan təlabatlarını bulaqlardan təmim edirlər. İçməli su xətti daim nəzarətdə saxlanılmış, təmirə ehtiyac olan su boruları yenisi ilə əvəz edilmişdir. Sahələrin suvarılmasında örtülü şəbəkədən istifadə edilir. Həyətyanı və sahələrə suvarma suyunun verilməsində yaranan xırda qüsurlar Suvarma Sistemlər İdarəsi tərəfindən dərhal aradan qaldırılmışdır. Nasos stansiyasına xidmət edən 35 minlik yüksək gərginlikli hava xəttində iki dəfə transformatoru ildırım vurması nəticəsində yanmış, hər iki transformator yenisi ilə əvəz edilmişdir. Kənd qəbiristanlığında, yol kənarlarında və kəndarası yollarda müntəzəm olaraq iməciliklər keçirilmiş, kəndin təmizliyini saxlamaq üçün əhalini maarifləndirmə məqsədilə kəndin giriş-çıxışında elan lövhələri vurulmuş, kəndin mərkəzinə 3 ədəd zibil qutusu quraşdırılmışdır. Yol kənarlarına 400 ədəd akasiya ağacı əkilmişdir. Hesabat dövüründə əhaliyə elektirik enerjisinin verilməsində 5 ədəd elektrik transformatoru xidmət göstərib. Elektrik Şəbəkəsi və Qaz İstismar İdarəsi tərəfindən qəzalı vəziyyətdə olan elektrik dirəklərində və elektrik transformatorlarında, qaz xətlərində və qaz paylayıcı qurğularda təmir işləri aparılmışdır. 1 yanvar 2017-ci il tarixdən elektrik enerjisinin və təbii qaz yanacağının istifadəsi üçün ayrılmış güzəştli limit ləğv edilməsinə baxmayaraq, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Fərəhli kəndində yaşayan əhaliyə olan diqqət və qayğısı sayəsində limit yenidən bərpa edilmişdir. Kənddə yaşayan 611 nəfər əhalinin siyahısı dəqiqləşdirilərək aydiyyatı təşkilatlara təqdim edilmişdir. Göstərilən diqqət və qayğıya görə cənab Prezidentimiz İlham Əliyevə və Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kənd əhalisi adından minnətdarlıq edirəm. Hesabat dövründə kənddə elektirik enerjisinin və təbii qaz yanacağının verilməsi fasiləsiz olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Fərəhli kəndində sakinlərlə görüşlər keçirmiş, qaldırılmış poblemlərlə bağlı aidiyyatı üzrə tapşırıqlarını vermişdir. Rayon rəhbərliyinin tapşırığı ilə kəndin yolunda əsaslı təmir işləri aparılmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən Fərəhli və Qızıl Hacılı kəndlərindən olan şəhid ailələrinə, əlillərə və aztəminatlı ailələrə bayram sovqatları paylanmışdır. Fərəhli kənd ümumi orta məktəbini 2016-17-ci il tədris ilində 8 şagird bitirmiş, məzunlar attestat alaraq rayon məktəblərində təhsillərini davam etdirirlər. 2017-18-ci tədris ilində məktəbdə 72 şagird təhsil alır. 21 nəfər müəllim təhsil, təlim və tərbiyə işləri ilə məşğul olur. Məktəbdə yeni bina kombi sistemi ilə, köhnə binalar isə odunla qızdırılır. Hazırda məktəbdə istilik normal vəziyyətdədir. Pedoqoji kollektivdə ciddi nizam-intizam yaradılmış, şagirdlərin dərsə davamiyyətinə nümayəndəlik tərəfindən gündəlik nəzarət edilir. Fərəhli kənd feldşer-mama məntəqəsinin kollektivi əhalinin sağlamlığı keşiyində dayanır. Səhiyyə şöbəsi tərəfindən binada təmir işləri aparılmış, döşəmə hissəsi dəyişdirilmişdir. Xəstələrin qeydiyyatı, uşaqlarda müxtəlif peyvəndlərin aparılması və ilkin tibbi yardım günün tələblərinə cavab verir. Hesabat dövüründə 3 doğum, 8 ölüm qeydə alınmışdır. Fərəhli və Qızıl Hacılı kəndlərinin əhalisinin əsas fəaliyyət sahəsi bitkiçilik və heyvandarlıqdır. Əhalinin torpağa olan münasibəti müsbət tərəfə dəyişmiş, yüksək məhsul istehsalına maraq artmışdır. 2017-ci ilin məhsulu üçün 372.3 hektar şum qaldırılmış, ondan 238.0 hektar buğda, 74.6 hektar arpa, 4.0 hektar yonca, 5.0 hektar vələmir, 9.0 hektar qarğdalı və 36.20 hektar kartof, 1.20 hektar noxud, 1.5 hektar günəbaxan və 4.0 hektar tütün əkilib becərilmişdir. İstehsalçılar buğda sahələrindən məhsuldarlıq 36.26 sentner olmaqla, 863.05 ton buğda, arpa sahələrindən isə məhsuldarlıq 31.5 seniner olmaqla, 235.0 ton arpa istehsal etmişlər. Nümayəndəlik üzrə 90 kq barama və 6200 kq tütün istehsal edilərək təhvil verilmişdir. Nümayəndəliyə işlə bağlı müraciət edən sakinlərə kənd təsərrüfatı sahələrində işləmək təklif edilmiş və 25 nəfər kənd sakini mövsümü olaraq kənd təsərrüfatı sahələrində işləmişdir. 2 nəfər kənd sakini isə Qazax rayon İcra Hakimiyyətinin başçısına müraciəti əsasında Rəcəb Babaşovun tapşırığı ilə ”Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC-yə işə qəbul edilmişdir. Kənd təsərrüfatı bitkiləri əkən 139 nəfər istehsalçıya yanacaq və sürtkü yağlarına görə 21430 manat subsidiya verilmişdir. Ehtiyacı olan istehsalçılara 50 faiz güzəştlə mineral gübrələr satılmışdır. 2018-ci ilin məhsulu üçün 499.0 hektar yer şumlamması proqnoz verilmişdir ki, bundan 353 hektara buğda, 96.0 hektara arpa səpilmişdir. 4.0 hektar tütün və 30.0 hektar sahədə kartof, 10.0 hektarda qarğıdalı və 6.0 hektarda yonca əkilib səpilməsi nəzərdə tutulmuşdur. 1 yanvar 2018-ci il tarixə əhalinin 675 baş iribuynuzlu mal-qarası, 1548 baş xırdabuynuzlu qoyun–keçisi, 1320 baş ev quşları qeydə alınmışdır. Sakinlərdən Alı Həsənov, Mustafa Abdullayev, Əsmər Məmmədova, Nurəddin Məmmədov, Sima Hacıyeva, Sakit Daşdəmirov çıxış edərək 2017-ci ilin bütün sahələrdə nailiyyətlərlə yola salınmasından danışıblar. Bütün bu uğurların əldə edilməsinə görə Prezident İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Elçin İSMAYIL Geri qayıt |