Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı uzun müddət dövlət qulluğunda çalışmış Çaylı kənd sakini Qəzənfər Qocayevi səhhəti ilə əlaqədar evində ziyarət edib

İcra başçısı uzun müddət dövlət qulluğunda çalışmış Çaylı kənd sakini Qəzənfər Qocayevi səhhəti ilə əlaqədar evində ziyarət edib


Dünən, 20:43


Hər kəsə yaxşı məlumdur ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər təyin olunduğu ilk gündən mütəmadi olaraq ağsaqqallarla görüşür, onlara diqqət ayıraraq qayğıları ilə maraqlanır, hər zaman ağsaqqal xeyir-duasına, məsləhətinə, tövsiyəsinə böyük önəm verir. Rayon rəhbəri bunu öz əməlində, iş fəaliyyətində həmişə əks etdirir.  

Bu gün icra başçısının uzun müddət dövlət qulluğunda çalışmış, Qazax rayonunun Çaylı kənd sakini ağsaqqal Qocayev Qəzənfər Bəhmən oğlunu səhhəti ilə əlaqədar evində ziyarət etməsi, onunla maraqlanması söylədiklərimizin bariz nümunəsidir. 

Q.Qocayevlə səmimi söhbət edən rayon rəhbəri onun rayonun ictimai, siyasi, mədəni, kütləvi tədbirlərində yaxından iştirak etdiyini, hər zaman dövlətə, dövlətçiliyə layiqincə xidmət göstərdiyini, fəaliyyəti dövründə öz işinə hər zaman məsuliyyətlə yanaşdığını qeyd edərək buna görə razılığını bildirib. 

Ağsaqqal Qəzənfər Qocayev ölkəmizdə vətəndaşlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Rayon rəhbərliyinə razılığını ifadə edən Q.Qocayev icra başçısının bugünükü ziyarətini, onun səhhəti ilə maraqlanmasını həmin qayğının davamı kimi qiymətləndirib.  



Geri qayıt