Əsas Səhifə > Manşet / Rəsmi > 2025-ci ilin mart ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki

2025-ci ilin mart ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki


Bu gün, 14:03


Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğının kökündə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili dayanır. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir. 

Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır.

2025-ci ilin yanvar-fevral aylarında Qazax şəhəri Zeynalabdin Tağıyev, Aslan Kəmərli küçələri, Nəriman Nərimanov yaşayış massivi, Ürkməzli, Alpout, Xanlıqlar, KəmərliQuşçu Ayrım kəndləri üzrə 8 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 815 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 21 məsələ qaldırılmışdır. Görüşlər zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb. Səyyar görüşlər zamanı səslənən müraciətlərdən bir qismi həll olunmuş, bir qismi icraata götürülmüş, bir qismi ilə əlaqədar aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilmişdir. 

2025-ci ilin mart ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki isə aşağıdakı kimidir:

S/S

Yaşayış məntəqəsinin adı

Qəbulun keçiriləcəyi ünvan

Qəbulun keçiriləcəyi tarix

1

Qazax şəhəri 

Qazax Dövlət Sosial-İqtisadi Kollecin binası

03.03.2025

2

Qazax şəhəri 

Qazax şəhəri Bakı küçəsi 1

06.03.2025

3

Cəfərli kəndi 

Qazax rayon Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəb

10.03.2025

4

Qaymaqlı kəndi

Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb 

13.03.2025

Məlumat üçün qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Qazax şəhəri M.Ə.Rəsulzadə, S.Vurğun, Z.Tağıyev, M.Hüseyn küçələri, hərbi şəhərcik, Ş.Xiyabanı 12,14,25,27, Azadlıq 92, Bakı 1,2,2A, Əliağa Şıxlinski küçəsində 4,4A,5, Qazaxbəylidə məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbə, rayonun Xanlıqlar, Kəmərli, Qaymaqlı, Yuxarı Salahlı, Qazaxbəyli, Bala Cəfərli, Dəmirçilər, Daş Salahlı, Ağköynək, Aslanbəyli, Bala Çaylı, Aşağı Salahlı, Canalı, İkinci Şıxlı, Birinci Şıxlı, Fərəhli, Ürkməzli, Quşçu Ayrım, Məzəm, Alpout, Kosalar, Cəfərli, Qarapapaq, Çaylı, Hüseynbəyli kəndləri üzrə ümumilikdə46 səyyar görüş keçirilmişdir. Şəhər və rayonun kəndlərində keçirilən səyyar görüşlərdə 5059 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 110 məsələ qaldırılmışdır.


Geri qayıt