Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı Birinci Qarabağ müharibəsi əlili Kamran Salmanovun anasının vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib
İcra başçısı Birinci Qarabağ müharibəsi əlili Kamran Salmanovun anasının vəfatı ilə əlaqədar ailəsinə başsağlığı veribDünən, 13:13 |
Bu gün fəxr və qürurla deyə bilərik ki, vətənpərvərlik hissi, döyüş ruhu, Vətənə olan sonsuz sevgi qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını hərb tariximizə qızıl hərflərlə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb. Vətən torpaqlarının azadlığı, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşərək sağlamlığını itirən igid oğullarımızdan biri də 3-cü dərəcəli Birinci Qarabağ müharibəsi əlili Salmanov Kamran Salman oğludur. Kamran Salmanov 29 yanvar 1964-cü il tarixdə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. 1971-1978-ci illər ərzində Qazax rayon Alı Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbdə təhsil alıb. 1979-cu ildə Sumqayıt Politexnik Texnikomuna qəbul olub, 1983-cü ildə həmin texnikomu bitirib. 1983-1985-ci illərdə Kiyevdə həqiqi hərbi xidmətdə olub. Birinci Qarabağ müharibəsində iştirak edərək 17 aprel 1994-cü ildə Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanıb, 3-cü dərəcəli Birinci Qarabağ müharibəsi əlilidir. Qazaxbəyli kəndində yaşayır, fərdi əməklə məşğuldur. Ailəlidir 2 övladı var. 5 fevral 2025-ci il tarixdə igid Vətən oğlunun anası Salmanova Fatma İsgəndər qızı dünyasını dəyişmişdir. Fevralın 12-də mərhumun yeddi mərasimi olub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Qazaxbəyli kəndində olub. İcra başçısı mərhum Fatma Salmanovanın vəfatından kədərləndiyini bildirib, mərhumun övladına və yaxınlarına dərin hüznlə başsağlığı verib. İllər ötsə belə Vətən yolunda canlarını fəda edən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin, eləcə də döyüşmüş igid oğullarımızın unudulmayacaqlarını, nə qədər Azərbaycan xalqı var igid oğullarımızın daim qəlblərdə yaşayacaqlarını, onların ata və analarının da bizlər üçün doğma olduqlarını vurğulayıb. Geri qayıt |