Əsas Səhifə > Manşet / Rəsmi > Professor Rüstəm Kamal 2017-ci il üzrə “İlin alimi” adına layiq görülüb
Professor Rüstəm Kamal 2017-ci il üzrə “İlin alimi” adına layiq görülüb26-01-2018, 20:16 |
![]() Tənqidçi, ədəbiyyatşünas, esseist, filologiya elmləri doktoru, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü professor Rüstəm Kamal oğlu Rəsulov (Rüstəm Kamal) Ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə və 2017-ci ildəki səmərəli elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “İlin alimi” DİPLOMuna layiq görülmüşdür. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəyli “İlin alimi” diplomunu və döş nişanını təntənəli surətdə professor Rüstəm Kamala təqdim edib. Professor R.Kamal əməyinə verilən böyük qiymətə görə akademik İsa Həbibbəyliyə dərin təşəkkürünü bildirmişdir. ![]() GOYEZEN.AZ
Geri qayıt |