Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı vətəndaşların müraciətini dinləyib
İcra başçısı vətəndaşların müraciətini dinləyibDünən, 20:32 |
Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğı hər bir dövlət məmuruna nümunə olmaqla bərabər, bu, həm də ölkəmizdə yürüdülən dövlət siyasətinin kökündə vətəndaş amilinin dayanmasını göstərir. Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Yanvarın 9-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Aşağı Salahlı kənd sakinləri Hüseynov Məzahir Fərman oğlunu və 3-cü dərəcəli Vətən müharibəsi əlili, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Yusubov Famil Kamil oğlunu qəbul edib, onların torpaq məsələsi barədə müraciətlərini dinləyərək müvafiq olaraq cavablandırıb. Geri qayıt |