Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı vətəndaşların müraciətini dinləyib

İcra başçısı vətəndaşların müraciətini dinləyib


Dünən, 17:35


Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə vətəndaşlara göstərdikləri qayğı hər bir dövlət məmuruna nümunədir. Bu, həm də ölkəmizdə yürüdülən dövlət siyasətinin kökündə vətəndaş amilinin dayanması deməkdir. Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. 

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. 

Əminliklə qeyd edə blərik ki, rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır.


Yanvarın 8-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov İkinci Şıxlı kənd sakinləri, mərhum 2-ci dərəcəli Birinci Qarabağ müharibəsi əlili Əliyev Tahir Əşrəf oğlunun həyat yoldaşı Əliyeva Tərqanə Pənah qızını və övladı Əliyev Qaraca Tahir oğlunu, Çaylı kənd sakini, Vətən müharibəsi iştirakçısı, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Nəbiyev Məşədi Xanbaba oğlunu qəbul edərək onların qayğıları ilə maraqlanıb. İcra başçısı mərhum qazimizin ailəsinin və Vətən müharibəsi iştirakçısının müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısından söz açan rayon rəhbəri bu amilin Qazaxda hər zaman nümunə götürüldüyünü diqqətə çatdırıb. 



Geri qayıt