Əsas Səhifə > Manşet / Rəsmi > Daş Salahlı kəndi 2017-ci ili uğurla başa vurub

Daş Salahlı kəndi 2017-ci ili uğurla başa vurub


24-01-2018, 20:35
Daş Salahlı kəndi 2017-ci ili uğurla başa vurub
Qazax rayon İcra Hakimiyyəti Başçısının Daş Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2017-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğul və qızlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açaraq bildirib ki, 2018-ci il yanvar ayının 10-da Respublika Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilmişdir. İclasda ölkə başçısı 2017-ci il ərzində Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır. Ölkə başçısı öz çıxışında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin olunduğunu bildirmişdir.

Başa vurduğumuz 2017-ci il ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonu üçün də hər bir sahədə uğurlu olmuşdur. Bunu istər sosial obyektlərin inşasında, istər kənd təsərrüfatının inkişafında, istərsə də təhsil, səhiyyə və digər sahələrdə əldə etdiyimiz nailiyyətlər söyləməyə əsas verir. Rayonumuzda barama, tütün, kartof və taxıl sahələrindən götürdüyümüz bol məhsuldarlıq sayəsində deyə bilərik ki, 2017-ci il kənd təsərrüfatı üçün məhsuldar bir il olmuşdur.

2017-ci il həm də Qazax rayonu üçün tikinti-quruculuq ili kimi yadda qaldı. “Azərxalça” ASC tərəfindən inşa edilən və tam hazır olan xalça fabriki, “Mətanət A” şirkəti tərəfindən Daş Salahlı kəndində tikilən Əhəng zavodu, “Carçıoğlu GROUP” MMC tərəfindən Xanlıqlar kəndi ərazisində inşa edilən elektrod zavodu, 145 çarpayılıq Mərkəzi Xəstəxana binasının tikintisini nümunə göstərmək olar.
Daş Salahlı kəndi 2017-ci ili uğurla başa vurub
Rayon ərazisindəki uşaq bağçalarının günün tələbləri səviyyəsinə salınması istiqamətində də xeyli işlər görülmüşdür. Əsaslı şəkildə təmir edilən Kosalar kəndindəki 2 və 3 saylı körpələr evi-uşaq bağçaları, Xanlıqlar kənd körpələr evi-uşaq bağçası, Daş Salahlı kəndindəki 2 saylı uşaq bağçası və 3 saylı körpələr evi-uşaq bağçası, sərhəd kəndi olan Cəfərli kəndində əsaslı təmir edilərək istifadəyə verilən uşaq bağçası, Qazax şəhərində yeni tikilərək istifadəyə verilən 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası 2017-ci ilin uğurlu il olmasının ən bariz nümunəsidir.

Bundan əlavə, 2017-ci ildə kənd sakinlərinin rahatlığının təmin edilməsi sahəsində də əsaslı işlər həyata keçirilmişdir. Çaylı, Kommuna və Hüseynbəyli kənd yollarına asfalt örtük salınmış, Orta Salahlı, Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Kommuna, Aslanbəyli kəndlərinə içməli su xətti çəkilmişdir.

Kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması və şəhərimizin abadlaşması istiqamətində əhəmiyyətli işlər görülmüşdür və bu proses davam etməkdədir.

Rayonumuzda “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” adlı möhtəşəm hərbi-vətənpərvərlik tədbiri keçirilmişdir. Bu tədbirdə əsas məqsəd düşmənlə sərhəddə yerləşən Qazaxda ordu ilə xalqın birliyini, həmrəylini göstərmək, xalqımızın öz ordusunun arxasında necə mətin dayandığını bütün dünyaya sübut etmək idi və biz yüksək səviyyədə buna nail olduq.

Sonra Qazax RİHB-nın Daş Salahlı kənd İƏD-si üzrə nümayəndəsi Tahir Hüseynli hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Daş Salahlı kəndi ərazisinə və əhalisinin sayına görə Qazaxın ən böyük kəndidir. Kəndin 2978 təsərrüfatı və 10161 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 2 tam orta məktəb, 3 körpələr evi-uşaq bağçası, 1 həkim məntəqəsi, 2 aptek, 1 poçt rabitə şöbəsi, 1 ATS, 1 Sudan İstifadə Birliyi, 5 ədəd müasir mağaza, 45 ədəd ticarət köşkü, 6 ədəd ət satışı mağazası, 6 ədəd yeməkxana, 6 ədəd bərbərxana, 2 ədəd tikinti materialları satışı mağazası, 1 folklor evi, “Avey” Dövlət Qoruğunun Damcılı filialı, 2 ədəd daş sexi, 8 ədəd daş karxanası, habelə, Qazax Sement Zavodu, Daş Salahlı Bentonit və ”Azrosprominvest” birgə müəssisəsi, ”Gilan” Holding və “Mətanət A” şirkəti kimi böyük istehsalat müəssisələri fəaliyyət göstərir ki, həmin müəssisələrdə yüzlərlə Daş Salahlı sakini işlə təmin olunmuşdur. Yaxın günlərdə tam gücü ilə fəaliyyətə başlayacaq “Mətanət A” şirkətində daha 250 nəfərlik iş yerinin açılması planlaşdırılmışdır.
Daş Salahlı kəndi 2017-ci ili uğurla başa vurub
2017-ci ildə rayon rəhbərliyinin yaxından köməkliyi sayəsində kəndimizdə bir çox işlər görülmüşdür. Belə ki, 1941-1945-ci il II dünya müharibəsində həlak olanların xatirəsinə inşa edilmiş Abidə Kompleks əsaslı təmir olunmuş, Fidat Məmmədov adına mərkəzi küçənin 1,2 km–lik hissəsinə yeni asfalt örtük çəkilmiş, kənddə yerləşən 2 və 3 saylı körpələr evi-uşaq bağçaları Qazax Sement Zavodu tərəfindən yenidən qurularaq körpələrin istifadəsinə verilmiş, ”Coğazçay” su anbarından Daş Salahlı kəndinə gələn 14 km-lik su xəttinin yararsız halda olan 3450 metrlik hissəsi yeni 219 mm-lik su boruları ilə əvəz olunmuş, 1200 kubmetrlik məişət su anbarı təmir olunmuş, Fidat Məmmədov və Əhməd Sofu oğlu adına mərkəzi küçələr başdan-başa işıqlandırılmış, həmin küçələrdə yerləşən evlərin hasarları təmir edilərək ağardılmış, darvazaları və su çənləri rəngli boyalarla rənglənmişdir. Kənd ərazisində 7 yeni elektik transformatorları, 22 km SİP kabel və 843 ədəd yeni müasir elektrik dirəkləri basdırılaraq küçələr abdlaşdırılmış, 100 yerlik yeni telefon xətti çəkilmişdir.

15 km kəndarası yollara qum-çınqıl verilərək hamarlanmişdir. Kənd əhalisinin suvarma suyuna olan təlabatının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin sərəncamı ilə 3 subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Hazırda kənddə 6 subartezian quyusu işlək vəziyyətdədir. Kənd icra nümayəndəliyinin və işci qrupunun təşəbbüsü ilə mütəmadi olaraq kənd qəbiristanlığında, Şəhidlər Xiyabanında, kəndarası yollarda və kəndi rayonla birləşdirən mərkəzi yolun ətrafında iməcliklər keçirilmiş və təmizlik işləri aparılmışdır. Kəndin suvarma arxları əhalinin və Suvarma Sistemləri İdarəsinin köməkliyi ilə təmizlənmişdir. Son iki ay ərzində nəzərdə tutulmuş 14.75 km əvəzinə 17.94 km arx təmizlənərək suvarmaya hazır hala gətirilmişdir.

2017-ci ildə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dəfələrlə Daş Salahlı kəndində olub sakinlərlə görüşlər keçirmiş, əhalini narahat edən problemlərlə yerində tanış olaraq aidiyyatı üzrə tapşırıqlarını vermişdir. Fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ruhunu əziz tutaraq şəhid ailələrinə, onların yaxınlarına daim diqqət və qayğı göstərmişdir. Bu diqqət və qayğını biz şəhid Süleymanov Süleyman Elçin oğlunun dəfn mərasimində bariz şəkildə gördük. Onu da qeyd edim ki, hər bayram və əziz günlərdə şəhid ailələri daim diqqət mərkəzində saxlanılmışdır.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 14 dekabr 2016-cı ildə bu məktəbdə valideyinlər və müəllimlər ilə geniş iclas keçirərək şagirdlərin dərsə davamiyyətini yaxılaşdırmaq və müəllimlərin öz peşələrində daha yaxşı fəaliyyət göstərmələri üçün öz dəyərli tövsiyələrini vermişdir. Son 1 ildə məktəblərimizdə baş verən dəyişikliklər bu tövsiyələrin nə qədər vacib və yerində olduğunu aydın şəkildə göstərmişdir.

Rayon rəhbərliyi kənd sakinləri ilə çoxsaylı görüşlərinin birində vətəndaşlar tərəfindən 1941-1945-ci il II Dünya müharibəsində həlak olanların xatirəsinə ucadılmış abidənin təmir olunması barədə müraciətləri olmuşdu. Həmin müraciətlərdən sonra rayon rəhbərliyinin göstərişinə əsasən Abidə Kompleksi yüksək səviyyədə əsaslı şəkildə təmir edilərək istifadəyə verilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun “İlin Başçısı” adına layiq görülməsi bizim çox böyük sevincimizə səbəb olmuşdur. Bu münasibətlə rayon rəhbərliyini bütün kənd sakinləri adından təbrik edir, daha böyük uğurlar arzulayırıq.

Hesabat dövründə kəndimizdə 170 doğum, 155 nigah, 78 ölüm qeydiyyata alınmışdır.

1 yanvar 2018-ci il tarixə əhali və fermer təsərrüfatlarında 4502 baş iribuynuzlu mal-qara, 32070 baş xırdabuynuyzlu qoyun-keçi, 17547 baş quş qeydiyyata alınmışdır ki, bu da 65 baş iribuynuzlu, 599 baş xırdabuynuzlu heyvanlarda artım deməkdir.

2017-ci ilin məhsulu üçün kənd əhalisi 1405 hektarda buğda, 500 hektarda arpa, 4 hektarda süpürgə, 12,8 hektarda qarğıdalı, 62 hektarda şəkər çuğunduru, 2 hektarda tütün əkib becərmişdir. Hər hektardan 36 sentner buğda, 26 sentner arpa məhsulu götürülmüşdür.

2018-ci ilin məhsulu üçün isə 1905 hektarda şumlama işləri aparılmış, bundan 1105 hektarda buğda, 685 hektarda arpa səpilmişdir. 115 hektarda isə yazlıq taxıl və digər kənd təsərrüfatı məhsullarının əkilməsi nəzərdə tutulmuşdur. Əvvəlki illərlə müqayisə etsək görərik ki, şumlanmış taxıl sahəsi 2015-ci ilə nisbətən 415 hektar, 2016-cı ilə nisbətən isə 405 hektar çoxdur.

2017-ci ildə nümayəndəliyimiz tərəfindən 281 kq barama təhvil verilmişdir ki, bu bir əvvəlki ildən 3,5 dəfə çoxdur. Barama istehsalının inkişaf etdirilməsi məqsədilə kənd ərazisində 2500 ədəd tut ağacı tingləri əkilmişdir.

Hesabat ilində kənd təsərrüfatı məhsulları əkən 1406 nəfərə yanacaq və sürtgü yağlarına görə 151895 manat subsidiya ödənilmişdir.

2017-ci ildə kəndimizə elektrik enerjisi və təbii qazın verilməsi fasiləsiz olmuşdur.

Daş Salahlı kənd orta ümumtəhsil məktəblərində ümumilikdə 1286 nəfər təhsil alan şagirdlərin təlim-tərbiyəsi ilə 161 müəllim məşğul olur. Hesabat ilində ali məktəblərə sənəd vermiş 41 nəfər məzundan 28 nəfəri ali məktəbə qəbul olmuşdur. 2 abituriyent 500-dən yuxarı bal toplamışdır. İl ərzində nümayəndəlik tərəfindən şagirdlərin dərsə davamiyyətinə daim nəzarət olunur.

Daş Salahlı kəndində “Avey” Dövlət Qoruğunun ərazisində yerləşən Damcılı bulağı və Qarabulaq istirahət sahələrində istirahət etmək üçün yaxşı şərait yaradılmışdır.

Gənclərin asudə vaxtının səmərəli keçirilməsi, futbol, güləş və digər idman növləri ilə məşğul olmaları üçün kənddə 2 futbol və güləş dərnəyi fəaliyyət göstərir.

Əhalinin sağlamlığı keşiyində kənd həkim məntəqəsinin kollektivi dayanır.

Kənd sakinlərindən şəhid anası Sürəya Cəbiyeva, Ulduz Mancanov, Məmməd Omarov, Yolçu Əliyev, Tofiq Cəfərli, Mustafa Mahmudov, Şəfayət Kərimova, Nemət Əliyev, Flora Həsənova, İnayət Əmrahov və başqaları söz alaraq hesabat ilində kənddə görülən bütün işlərə görə kənd sakinləri adından Ölkə Başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, Qazax Sement Zavodunun rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağa yekun vuraraq qeyd edib ki, 2018-ci ildə qarşıda daha mühüm vəzifələr durur. Rayon rəhbərliyi dövlətimizin çiçəklənməsi naminə bu mühüm vəzifələrin həyata keçirilməsi istiqamətində kənd sakinlərinə səmərəli fəaliyyət və uğurlar arzulayıb.

Elçin İSMAYIL

Daş Salahlı kəndi 2017-ci ili uğurla başa vurub
Daş Salahlı kəndi 2017-ci ili uğurla başa vurub
Daş Salahlı kəndi 2017-ci ili uğurla başa vurub
Daş Salahlı kəndi 2017-ci ili uğurla başa vurub
Daş Salahlı kəndi 2017-ci ili uğurla başa vurub
Daş Salahlı kəndi 2017-ci ili uğurla başa vurub
Daş Salahlı kəndi 2017-ci ili uğurla başa vurub
Daş Salahlı kəndi 2017-ci ili uğurla başa vurub
Daş Salahlı kəndi 2017-ci ili uğurla başa vurub
Daş Salahlı kəndi 2017-ci ili uğurla başa vurub
Daş Salahlı kəndi 2017-ci ili uğurla başa vurub
Daş Salahlı kəndi 2017-ci ili uğurla başa vurub
Daş Salahlı kəndi 2017-ci ili uğurla başa vurub
Daş Salahlı kəndi 2017-ci ili uğurla başa vurub
Geri qayıt