Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda şəhid atasının etdiyi müraciət müsbət həllini tapıb
Qazaxda şəhid atasının etdiyi müraciət müsbət həllini tapıbDünən, 19:01 |
Bu gün ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması, vətəndaş məmnunluğunun əsas götürülməsi bütün sahələrdə öz əksini tapır. Bu, eyni zamanda Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman hiss olunur. Dövlət başçısının, Birinci vitse-prezidentin xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bunun əyani sübutudur. Bu, həmçinin bütün dövlət məmurlarına nümunədir. Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir. Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılır. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa, şəhid ailələrinə olan qayğısını öz fəaliyyətlərində həmişə əsas götürürlər. Qazax Elektrik Şəbəkəsinin rəhbərliyi də hər zaman şəhid ailələrinə xüsusi həssaslıqla yanaşır. Şəbəkə tərəfindən 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə yüksələn Qarapapaq kəndinin igid oğlu, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid gizir Elvin Əhmədovun atası Qələndər Əhmədovun etdiyi müraciətin bu gün öz müsbət həllini tapması bunun əyani göstəricisidir. Belə ki, şəhid atasının yaşadığı evin yaxınlığında yerləşən köhnə transformatorun yerinin dəyişdirilməsi ilə bağlı müraciəti artıq həll edilib. Dekabrın 24-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Qarapapaq kəndində olub, sözügedən məsələnin həlli istiqamətində görülmüş işlərlə yerində maraqlanıb. Rayon rəhbərliyinə görülmüş işlər barədə məlumat verən Qazax Elektrik Şəbəkəsinin rəisi Nəvayi Alıyev şəhid atasının müraciəti əsasında onun evinin yaxınlığında yerləşən köhnə transformatorun gücünün 100 KVA-dan 160 KVA-ya artırılaraq yerinin dəyişdirildiyini, yeni transformatorun sakinlərin yaşayışına maneə törətməyən əraziyə qoyulduğunu bildirib. Transformatorun yerləşdiyi ərazidə 90-a yaxın abonentin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunduğunu diqqətə çatdırıb. Şəhid atası Qələndər Əhmədov ona göstərilən qayğıya, eləcə də etdiyi müraciətin müsbət həll olunmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə, əziyyəti keçən insanlara minnətdarlığını bildirib. Geri qayıt |