Əsas Səhifə > Manşet / Gənclər > Qazaxda “Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib

Qazaxda “Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib


Dünən, 22:39


Dekabrın 23-də Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib.  

Qazax Ədəbiyyat Muzeyində keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, idarə, müəssisə, təşkilat rəhbərləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri olan könüllülər, Gənclər və İdman İdarəsinin könüllüləri, gənclər, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, təhsil, mədəniyyət işçiləri, KİV nümayəndələri iştirak ediblər.  

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.


Geri qayıt