Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısının dekabr ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüşü rayonun İkinci Şıxlı kəndində olub
Qazaxda icra başçısının dekabr ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüşü rayonun İkinci Şıxlı kəndində olub5-12-2024, 22:33 |
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanmasını bütün sahələrdə görürük. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür. Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının dekabr ayında vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüşü rayonun İkinci Şıxlı kəndində yaşayan sakinlərlə olub. Dekabrın 5-də Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə kənd sakinlərini narahat edən məsələlər dinlənilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləməyə, həlli istiqamətində əməli işlər görməyə, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib. İcra başçısı bütün kəndlərdə olduğu kimi, İkinci Şıxlı kəndində də hər zaman səslənən məsələlərə, fikirlərə həssaslıqla yanaşıldığını, ötən səyyar görüşdə qaldırılan məsələlərin müsbət həllini tapdığını qeyd edib. Ötən səyyar görüşlərdə səslənən məsələlərdən İkinci Şıxlı kənd 2 saylı Körpələr Evi-Uşaq bağçasının əsaslı şəkildə təmir olunduğunu, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni inzibati binanın inşa edildiyini, yararsız vəziyyətdə olan elektrik dayaqlarının yerinə yeni metal dayaqların basdırıldığını, rabitə dayaqlarının və xəttinin yeniləndiyini, ümumilikdə kəndin sosial vəziyyəti ilə bağlı qaldırılan bir sıra məsələlərin müsbət həll olunduğunu söyləyib. Kənddə həlli vacib olan məsələlərdən danışan rayon rəhbəri kənddaxili yolların asfaltlanmasının, kənddə olan mövcud arxların beton üzlüyə alınmasının Dövlət Proqramına salındığını, kənddə olan digər 2 uşaq bağçasının təmiri üçün aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını diqqətə çatdırıb. İcra başçısı Birinci Qarabağ müharibəsində İkinci Şıxlı kəndindən 5 nəfərin şəhid, 8 nəfərin müharibə əlili olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində 2 nəfərin Şəhidlik zirvəsinə ucaldığını, 2 nəfərin müharibə əlili olduğunu söyləyib. 44 günlük haqq savaşında İkinci Şıxlı kəndindən 65 nəfərin iştirak etdiyini, onlardan 51 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İstər Birinci Qarabağ, istər Vətən müharibəsi, istərsə də digər döyüşlərdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin heç zaman unudulmayacaqlarını vurğulayıb. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı İkinci Şıxlı kəndində də əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana kənddə əkin sahəsinin 548,8 hektardan 1889,3 hektara çatdırıldığını söyləyib. Rayon rəhbəri ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğının Qazaxda da yüksək səviyyədə hiss olunduğunu söyləyib. İcra başçısı kənddə yerləşən Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbi üçün Heydər Əliyev Fondu tərəfindən yeni bina tikildiyini, məktəblilərin həmin qayğını əldə etdikləri nailiyyətlərlə doğrultduqlarını, məktəbin qəbul göstəricilərinin ürək açan olduğunu vurğulayıb. Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 45 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 6 nəfərin şəhid ailəsi, 7 nəfərin Vətən müharibəsi iştirakçısı, 32 nəfərin aztəminatlı ailə olduğunu qeyd edib. Rayon rəhbəri narkomaniya, onun törətdiyi fəsadlar, cəmiyyətimizə vurduğu ziyandan da danışıb. Qazax Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi olaraq gənclərimizi cəmiyyətin bu bəlasından qorumaq üçün məqsədyönlü işlər görüldüyünü, xüsusilə də gənclərin məlumatlandırılması üçün mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmasını tövsiyə edib. Erkən nikah, onun qarşısının alınması sahəsində görülən işlərdən danışan rayon rəhbəri bu işdə valideynlə yanaşı, müəllimlərin, eləcə də hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. İcra başçısı istər narkomaniya, istərsə də erkən nikaha qarşı hər kəsin barışmaz mövqedə olmalı olduğunu, mübarizə aparmalı olduğumuzu qeyd edib.
Qazax Rayon Prokuroru, baş ədliyyə müşaviri Rövşən Əliyev, Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov son günlər gündəmdə olan bank kartlarına edilən kiberhücumlarla bağlı fikirlərini bölüşüblər. Son dövrlər bank kartlarına kiberhücumlarla bağlı narazılıqların tez-tez gündəmə gəldiyini, sosial şəbəkələrdə insanların məlumatları olmadan bank kartlarından pul oğurlanması ilə bağlı şikayətlərin çoxaldığını bildiriblər. Qeyd ediblər ki, təhlükəsizliyin təmini üçün banklarla müştərilər birlikdə addımlamalıdırlar. Vətəndaşlara etibarlılığı şübhə yaradan mobil tətbiqlərdən istifadə edərkən diqqətli olmalarını, şəxsi məlumatlarını, eləcə də istifadə etdikləri kartı üçüncü şəxslərə verməməyi, kartın üzərində olan CVV kodunu – 3 rəqəmli kodu, SMS vasitəsilə gələn 3D təsdiqləmə OTP (birdəfəlik şifrə) təhlükəsizlik kodunu, şəxsiyyət vəsiqəsinin FIN kodunu heç kimlə bölüşməməyi, banklar adından hazırlanan qeyri-peşəkar videolara və reklam mətinlərinə inanmamağı söyləyiblər. Həmçinin, dələduzlar tərəfindən yeni trendə çevrilən saxta veb-linklərə keçid etmək, həmin linklərdə kart məlumatlarını yerləşdirmək, müxtəlif sosial şəbəkələrdə asan qazanc əldə etməyi vəd edənlərə inanmamağı tövsiyə ediblər. Dələduzluq halı ilə qarşılaşan şəxsə əməliyyat haqqında SMS və ya “Push” bildiriş daxil olubsa, yaxud müştəri mobil tətbiqində icra etmədiyi əməliyyat görürsə, ilk növbədə təcili olaraq bankla əlaqə saxlamağı, bunun üçün ən yaxın filiala yaxınlaşaraq və ya bankın sorğu mərkəzindən, rəsmi sosial media kanallarından, eləcə də mobil tətbiqdən müraciət etməklə məlumat öyrənə bildiklərini vurğulayıblar. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Rayon rəhbəri digər kəndlərdə olduğu kimi, İkinci Şıxlı kəndində də SİP kabelləşmə işinin başa çatdırılacağını, qəzalı vəziyyətdə olan elektrik dayaqlarının, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkildiyini bildirib. “Bu gün də siz vətəndaşları dinləməyə gəlmişik”, - deyən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinləri respublikamızda, Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Birinci Şıxlı, Yuxarı Salahlı, Qazaxbəyli, Aslanbəyli, eləcə də İkinci Şıxlı kəndində aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərindən söz açan sakinlər bütün işləri razılıqla qarşılayıblar. Kənddə yol kənarında yerləşən evlərin dam örtüyünün yenilənməsinə, fasadda aparılan işlərə, yeni hasarların çəkilməsinə, kənd qəbiristanlığının kənarında hasarın çəkilməsinə, eləcə də sosial problemlərin müsbət həllini tapmasına görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin İkinci Şıxlı kəndində kəndarası avtomobil yollarının asfaltlaşdırılması, kənd ərazisində qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenisi ilə əvəz olunması, İkinci Şıxlı kənd Ailə Sağlamlıq Mərkəzinin təmiri və dam örtüyünün dəyişdirilməsinə, Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin əsaslı təmirinə köməklik, İkinci Şıxlı kənd 1 və 3 saylı körpələr evi-uşaq bağçaları üçün yeni binaların tikintisi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşıldığını, aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını, məktub ünvanlandığını bildirib.
Geri qayıt |