Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı vətəndaşın müraciətini dinləyib
İcra başçısı vətəndaşın müraciətini dinləyibDünən, 18:09 |
Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğının kökündə vətəndaş amili dayanır. Bu, dövlət siyasətinin əsasını təşkil etməklə yanaşı, eyni zamanda, hər bir dövlət məmuruna nümunədir. Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli isə daim diqqət mərkəzində saxlanılır. Noyabrın 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhər sakini Adamov Akif Hətəm oğlunu fərdi şəkildə qəbul edərək müraciətini dinləyib, qanunamüvafiq qaydada cavablandırıb. Geri qayıt |