Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı dünən avtoqəza zamanı dünyasını dəyişən hərbçilərin dəfn mərasimlərində iştirak edib və ailələrinə başsağlığı verib
Qazaxda icra başçısı dünən avtoqəza zamanı dünyasını dəyişən hərbçilərin dəfn mərasimlərində iştirak edib və ailələrinə başsağlığı veribBu gün, 16:44 |
27 noyabr 2024-cü il tarixdə Tovuz rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər həyatını itirib. “VAZ”da olan 5 hərbçinin hamısı, digər avtomobildə olan mülki şəxs Elmar Həsənov hadisə yerində dünyasını dəyişib. Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarətləri alıb. Avtoqəza zamanı dünyasını dəyişən hərbi qulluqçulardan 3 nəfəri – Alpout kəndinin igid oğlu Alıyev Qabil Qaybalı oğlu, Dəmirçilər kəndinin igid oğlu Mehdiyev Turan Cavad oğlu və Qazaxın igid oğlu Əliyev Bəhlul Aydın oğlu bu gün torpağa tapşırılıblar. Noyabrın 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov rayonun Alpout, Dəmirçilər kəndlərində və Qazax şəhərində hərbçilərimizin evlərində olub, dəfn mərasimlərində iştirak ediblər. İcra başçısı Rəcəb Babaşov hər üç hərbçimizin vəfatından kədərləndiyini bildirib, mərhumların valideynlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm diləyib. Alıyev Qabil Qaybalı oğlunun dəfn mərasimi
Mehdiyev Turan Cavad oğlunun dəfn mərasimi Əliyev Bəhlul Aydın oğlunun dəfn mərasimi
Geri qayıt |