Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul edib
İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul edibBu gün, 18:29 |
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğı əminliklə söyləməyə əsas verir ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin ana xəttini vətəndaş amili təşkil edir. Bu, eyni zamanda, hər bir dövlət məmuruna örnəkdir. Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli isə daim diqqət mərkəzində saxlanılır. Noyabrın 25-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Qaymaqlı, Çaylı və Bağanıs Ayrım kəndlərindən müraciət etmiş 4 nəfər vətəndaşı fərdi şəkildə qəbul edib, istəklərini dinləyib. Qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək qanunamüvafiq qaydada cavablandırılıb.
Geri qayıt |