Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda “Ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanan Partiya” mövzusunda tədbir keçirilib
Qazaxda “Ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanan Partiya” mövzusunda tədbir keçirilibDünən, 21:05 |
Yeni Azərbaycan Partiyasının (YAP) yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələ başlandı. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizin siyasi həyatına yeni nəfəs verməklə qurtuluş və tərəqqinin simvoluna çevrildi. Dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda ictimai-siyasi gərginlik, vətəndaş qarşıdurması, iqtisadi böhran getdikcə dərinləşir, hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığı belə bir dövrdə xalq yeganə xilas yolunu Heydər Əliyev dühasında, Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində görürdü. Xalqın geniş təbəqəsinin istəyini ifadə edən 91 nəfər ziyalı 1992-ci ilin oktyabrında Heydər Əliyevə müraciət etdilər. Ulu Öndər çox keçmədən xalqa dövlətçiliyimiz üçün “Yeni, müstəqil Azərbaycan uğrunda” adlı çox əhəmiyyətli çağırış ünvanladı. Partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Bu gün YAP-ın Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısındakı xidmətləri misilsizdir. Bu partiya bu gün də Heydər Əliyev ideyalarını sədaqətlə yaşadır. 2003-cü ildən bəri partiyaya Prezident İlham Əliyev rəhbərlik edir. Həmin ildən etibarən əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu milli inkişaf strategiyası uğurla reallaşdırılır. Noyabrın 21-də Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümünə həsr olunmuş “Ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanan Partiya” mövzusunda tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının əməkdaşları, Ərazi partiya təşkilatının sədr və müavinləri, partiya veteranları və fəalları, YAP üzvlük vəsiqələrinin təqdim olunacağı gənclər, məktəblilər iştirak ediblər. Tədbirdə əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb. Təşkilatın iclas zalında davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, dünyasını dəyişən partiya və təşkilat üzvlərinin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən igid Vətən oğullarının, şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Tədbirdə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri Yeni Azərbaycan Partiyasına həsr olunmuş şeirlər söyləyiblər. Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə yüksək siyasi fəallığına görə YAP Qazax Rayon Təşkilatının təsisçilərindən biri, 1999-2007-ci illərdə YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri və Yeni Azərbaycan Partiyasının I,II,III Qurultaylarında nümayəndə olmuş, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Nəbiyev Anar Telman oğlu Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib. Həmçinin, rayonun ictimai–siyasi həyatında fərqlənən fəal partiya üzvləri YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanı ilə təltif olunublar. YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə isə üzvlük vəsiqələri təqdim edilib.
Geri qayıt |