Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı bu gün 95 yaşlı Bala Çaylı kənd sakinini qəbul edərək müraciətini dinləyib
İcra başçısı bu gün 95 yaşlı Bala Çaylı kənd sakinini qəbul edərək müraciətini dinləyibDünən, 19:50 |
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğı hər bir dövlət məmuruna nümunədir. Bu, eyni zamanda, ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması deməkdir. Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli isə daim diqqət mərkəzində saxlanılır. Noyabrın 21-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 95 yaşlı Bala Çaylı kənd sakini İsmayılov Çoban Ömər oğlunu fərdi şəkildə qəbul edib. Vətəndaşı oğlu Cavid İsmayılovla birgə qəbul edən rayon rəhbəri onun torpaq məsələsi ilə bağlı müraciətini dinləyib, qanunamüvafiq qaydada cavablandırıb.
Geri qayıt |