Əsas Səhifə > Manşet / Rəsmi > 2017-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı

2017-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı


16-01-2018, 14:30
2017-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı
Bu gün Qazax rayon İcra Hakimiyyəti Başçısının Aslanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2017-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən hesabat yığıncağında bu fikir səslənib.

Aslanbəyli kənd İƏD-si üzrə nümayəndəsi Məhəmməd Pirməmmədov hesabat məruzəsi ilə çıxış edərək ötən ilin Qazax rayonu üçün hər bir sahədə uğurlu olduğunu qeyd edib. Bildirib ki, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi sayəsində elə bir sahə olmaz ki, diqqətdən kənarda qalsın. İstər sosial obyektlərin inşası, istər kənd təsərrüfatının inkişafı, istərsə də təhsil, səhiyyə, idman sahəsində əldə edilən nailiyyətlər bunu söyləməyə əsas verir.
2017-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı
2017-ci il tikinti-quruculuq ili kimi yadda qaldı. “Azərxalça” ASC tərəfindən inşa edilən və tam hazır olan xalça fabriki, “Mətanət A” şirkəti tərəfindən Daş Salahlı kəndində tikilən Əhəng zavodu, “Carçıoğlu GROUP” MMC tərəfindən Xanlıqlar kəndi ərazisində inşa edilən elektrod zavodu, rayonumuzda inşa edilən 145 çarpayılıq Mərkəzi Xəstəxana binası, əsaslı şəkildə təmir edilən Kosalar kəndindəki 2 və 3 saylı körpələr evi-uşaq bağçaları, Xanlıqlar kənd körpələr evi-uşaq bağçası, Daş Salahlı kəndindəki 2 saylı uşaq bağçası və 3 saylı körpələr evi-uşaq bağçası, sərhəd kəndi olan Cəfərli kəndində əsaslı təmir edilərək istifadəyə verilən uşaq bağçası, Qazax şəhərində istifadəyə verilən 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası 2017-ci ilin uğurlu il olmasının ən bariz nümunəsidir. Bundan əlavə, 2017-ci ildə kənd sakinlərinin rahatlığını təmin edəcək 3 kəndin – Çaylı, Kommuna və Hüseynbəyli kənd yollarına asfalt örtük salınmış, Orta Salahlı, Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Kommuna kəndlərinə içməli su xətti çəkilmişdir.

Qazax rayonunda başqa sahələrlə yanaşı, kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, əkin sahələri bir neçə dəfə artmışdır. Rayonumuzda barama, tütün, kartof və taxıl sahələrindən götürdüyümüz bol məhsuldarlıq sayəsində deyə bilərik ki, 2017-ci il kənd təsərrüfatı üçün məhsuldar bir il oldu. Hazırda rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması və şəhərimizin abadlaşması istiqamətində işlər davam etdirilir.

Hesabat ilində rayonumuzda “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” adlı möhtəşəm hərbi-vətənpərvərlik tədbiri keçirilmişdir. Bu tədbirin keçirilməsində əsas məqsəd düşmənlə sərhəddə yerləşən Qazaxda ordu ilə xalqın birliyini, həmrəylini göstərmək, xalqımızın öz ordusunun arxasında necə mətin dayandığını bütün dünyaya sübut etmək idi.

M.Pirməmmədov qeyd edib ki, Aslanbəyli kəndi rayonumuzun qədim kəndlərindən biridir. Kənd ərazisində Hacımahmud Əfəndi ziyarətgahı, Hacımahmud Əfəndi Məscidi mövcuddur.
2017-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı
Kəndin 962 təsərrüfatı, 4322 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 1 tam orta məktəb, 1 folklor evi, 1 kitabxana, 1 həkim məntəqəsi, 1 poçt, 1 rabitə şöbəsi, 1 ATS, 3 bərbərxana, 16 ticarət obyekti fəaliyyət göstərir.

Hesabat ilində kəndimizdə bir çox işlər görülmüşdür. Belə ki, kənd ərazisində əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması üçün Respublika Prezidentinin Sərəncamı ilə 1 ədəd subartezian quyusu qazılmış, kəndin 13 yerində bulaqlar quraşdırılmışdır.

Nümayəndəlik tərəfindən kənd ərazisində olan 1 ədəd körpü təmir olunmuş, kəndin bir hissəsinə qum-çınqıl döşənmişdir.

Su itkisinin qarşısını almaq, suvarmanı optimal müddətdə başa çatdırmaq məqsədilə rayon rəhbərliyinin tapşırığı ilə kəndimizin su arxlarında təmizlik işləri aparılaraq lildən, kol-kosdan təmizlənmişdir. Belə ki, kənd sakinlərinin köməyi ilə 11 km su arxından 6,3 km-i əl əməyi ilə təmizlənmiş, texnika vasitəsilə qalan 4,7 km hissəsində işlər davam etdiriləcəkdir. Kənd sakinlərinin iştirakı ilə kəndarası yolların, kəndi rayona birləşdirən mərkəzi yolun ətrafında və kənd qəbiristanlıqlarında təmizlik işləri aparılmışdır. Belə iməcliklər il ərzində kənd ərazisində mütəmadi olaraq keçirilmiş və kənd sakinləri iməcliklərdə yüksək fəallıq göstərmişlər.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ruhunu əziz tutaraq şəhid ailələrinə, onların doğmalarına, yaxınlarına daim diqqət və qayğı göstərir. Bayram və əziz günlərdə şəhid ailələri, Qarabağ əlilləri, imkansız ailələr üçün bayram sovqatı paylanmışdır.

Kənddəki klub, folklor evi və kitabxanada 20 Yanvar faciəsi qurbanlarının, 26 fevral Xocalı soyqırımında həlak olanların əziz xatirələri anılaraq tədbirlər keçirilmiş, 21 mart Novruz bayramı şənliyi, 9 may - Qələbə Günü, 18 Oktyabr - Müstəqillik Günü qeyd olunmuşdur.

Aslanbəyli kənd tam orta məktəbində 388 şagird təhsil alır, 44 nəfər müəllim təlim–tərbiyə işləri ilə məşğuldur. Keçən il məktəbin məzunlarından 4 nəfəri ali məktəbə, 1 nəfəri isə orta ixtisas məktəbinə daxil olmuşdur. Rayon rəhbərliyinin tapşırığına uyğun olaraq şagirdlərin gündəlik dərsə davamiyyətinə nümayəndəlik tərəfindən nəzarət olunmuşdur.

Kənd həkim məntəqəsinin kollektivi tərəfindən xəstələrin qeydiyyatı, uşaqlarda müxtəlif peyvəndlər aparılmış, ilkin tibbi yardımlar göstərilmişdir.

2017-ci ildə elektrik enerjisi və təbii qaz yanacağının verilıməsi fasiləsiz olmuşdur.

Vətəndaşlardan müxtəlif mövzuda 17 ədəd yazılı və 13 şifahi müraciətlər daxil olmuşdur. Həmin müraciətlərə yerində baxılmış 17 yazılı, 11 şifahi müraciət müsbət həll olunmuş, 2 ədəd şifahi müraciətə baxılması üçün aidiyyatı təşkilata müraciət olunmuşdur. İcra nümayəndəliyi üzrə 2017-ci ildə 16 məktub daxil olmuş, 1229 arayış verilmişdir.

Hesabat dövründə 45 doğum, 36 ölüm qeydə alınmışdır.

Aslanbəyli kənd əhalisinin əsas fəaliyyət sahəsi əkinçilik və heyvandarlıq sahəsindən ibarətdir. Əhalimizin torpağa münasibəti müsbət tərəfə dəyişmiş, yüksək məhsul istehsalına maraq artmışdır.

2017-ci ilin məhsulu üçün kənd əhalisi tərəfindən 466 hektarda buğda, 488 hektarda arpa, 255 hektarda yonca, 4 hektarda qarğıdalı, 71 hektarda şəkər çuğunduru və digər kənd təsərrüfatı bitkiləri əkilib becərilmişdir. Hər hektardan 25-30 sentner buğda məhsulu götürülmüşdür. Bundan əlavə, 203 kq barama istehsal olunmuşdur.

Kənd təsərrüfatı bitkiləri əkən 593 nəfər əməkçilərə müəyyən olunmuş qaydada yanacaq və sürtkü yağlarına görə 33922 manat subsidiya ödənilmişdir.

2018-ci ilin məhsulu üçün 770 hektara buğda, 421 hektara isə arpa səpilmiş, 250 kq barama istehsal olunması nəzərdə tutulmuşdur. Barama istehsalının artırılması məqsədilə 500 ədəd tut ağacları əkilmişdir.

Əhali və fermer təsərrüfatlarında 950 baş iribuynuzlu mal-qara, 6020 baş xırdabuynuzlu qoyun-keçi, 9520 baş quş qeydiyyata alınmışdır.

Aslanbəyli kənd İcra nümayəndəliyi istər əkinçilik, istərsə də heyvandarlıq sahələrində kənd əhalisinə yaxından köməklik göstərir. Torpağın əkilməsində, səpilməsində, biçilməsində, sahələrin qorunmasında çətinliklər olduqda Aslanbəyli bələdiyyəsi ilə birlikdə həmin çətinlikləri aradan qaldırılır.

Kənd bələdiyyəsi və kənd icra nümayəndəliyi işlərini birgə həyata keçirmişlər. Belə ki, kəndarası yolların təmiri, əhalinin içməli suya olan tələbatının ödənilməsi, elektrik transformatorlarının və subartezian su nasoslarının fasiləsiz işləməsi sahəsində məqsədyönlü fəaliyyət göstərmişdir.

Başa vurduğumuz 2017-ci ili bütün sahələrdə naliyyətlərlə yola saldıq. Əlbətdə bu uğurların əldə edilməsində Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun yorulmaz fəaliyyəti mühüm rol oynamışdır.

İcazə verin sonda sizi hörmətli toplantı iştirakçıları əmin edim ki, əhalinin maddi rifah halının yaxşılaşdırılması naminə qarşımıza qoyulan bütün vəzifələrin həllinə nail olmaq üçün bütün qüvvələrimizi səfərbər etməklə əlimizdən gələni əsirgəməyəcəyik.
2017-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı
Sonra məruzə ətrafında çıxışlar olub. Kənd bələdiyyəsinin sədri Kommunalı Nəsibov, tam orta məktəbin direktoru Dilqəm Məmmədov, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova çıxış edərək hesabat dövründə kənddə görülmüş işlər barədə danışıblar.

Sakinlərdən Saday Nəsibov, Məhəmməd Abdullayev, Mahir Musayev, Simuzər Əliyeva, Yasin Həsənov, Şakir Məmmədov, Qənirə İsmayılova, Şölə Abdullayeva və başqaları söz alaraq hesabat məruzəsi ilə əlaqədar öz fikirlərini bildiriblər.
2017-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev hesabat məruzəsinə yekun vuraraq rayonda görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və qarşıda duran vəzifələrdən danışıb. 2018-ci ildə də genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinin aparılacağını bildirib.

Elçin İSMAYIL

2017-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı
2017-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı
2017-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı
2017-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı
2017-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı
2017-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı
2017-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı
2017-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı
2017-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı
2017-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı
2017-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı
2017-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı
2017-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı
2017-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı
Geri qayıt