Əsas Səhifə > Manşet / Ədəbiyyat > Qazaxda gənc şair Rüfət Axundlunun yeni şeirlər kitabının təqdimatı keçirilib

Qazaxda gənc şair Rüfət Axundlunun yeni şeirlər kitabının təqdimatı keçirilib


Dünən, 21:29


Oktyabr ayının 22-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc şair Rüfət Axundlunun “Tərk etməz bu sevda məni” adlı yeni şeirlər kitabının təqdimatı keçirilib.  


Qazax Rayon Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Nail Məmmədov, AYB Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, AYB Qazax bölməsinin üzvləri, BDU Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin professor-müəllim heyəti, tələbələri, mədəniyyət işçiləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, ictimaiyyət nümayəndələri və şairin ailə üzvləri iştirak ediblər.

Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, şairin ünvanına xoş sözlərini, təbriklərini səsləndirib. B.Vüsal şairlərə, söz adamlarına göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın hamisi olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, mədəniyyəti, vətənpərvərliyi ilə fərqlənən, zəngin təfəkkürə, dərin zəkaya, tükənməz istedada sahib olan gənc şair Rüfət Axundlunun ünvanına xoş ürək sözlərini çatdırıb. Yeni kitabının işıq üzü görməsi münasibətilə şairi səmimi qəlbdən təbrik edib, yeni-yeni yaradıcılıq uğurları arzulayıb.


Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Nail Məmmədov, Hüseyn Arif adına Poeziya Məclisinin sədri Saqif Qaratorpaq, AYB üzvləri şair Mübariz Qaragözlü və Məzahir Yaqub çıxış edərək şairə xoş arzularını bildiriblər.

BDU-nun Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələrinin təqdimatında şairin şeirləri səsləndirilib. Gənc aşıq Samir Allahverdiyev saz havası ilə şairi təbrik edərək tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

Çıxışlardan sonra gənc şair Rüfət Axundluya Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və Milli Məclisin deputatı Səməd Seyidovun hədiyyəsi  təqdim edilib.

Gənc şair Rüfət Axundlu ona göstərilən diqqətə, qayğıya, bugünkü kitab təqdimatına görə rayon rəhbərliyinə, Milli Məclisin deputatları Səməd Seyidova və Ülviyyə Ağayevaya, əziyyəti keçən insanlara öz adından və ailəsi adından dərin minnətdarlığını bildirib.

Tədbirin sonunda səmimi söhbət əsasında Milli Məclisin deputatı Səməd Seyidov gəncləri maraqlandıran sualları cavablandırıb.


Geri qayıt