Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı vətəndaşların müraciətlərini dinləyib

İcra başçısı vətəndaşların müraciətlərini dinləyib


11-10-2024, 20:15


Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğı onu söyləməyə əsas verir ki, ölkəmizdə dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Bu, eyni zamanda, həm də hər bir dövlət məmuruna örnəkdir. Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. 

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli isə daim diqqət mərkəzində saxlanılır. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.

Oktyabrın 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Cəfərli, Qarapapaq və Ağköynək kəndlərindən müraciət etmiş 3 nəfər vətəndaşı fərdi şəkildə qəbul edib, müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.


Geri qayıt