Əsas Səhifə > Manşet / Sosial > Elektrod zavodunda işlər davam edir
Elektrod zavodunda işlər davam edir11-01-2018, 11:17 |
Prezident İlham Əliyev cənablarının sahibkarlığın inkişafına verdiyi dəstək iş adamlarının qarşısında geniş imkanlar açıb. Ölkə başçısının göstərdiyi diqqət və qayğı nəticəsində sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər. Qazax rayonu da sahibkarlığın inkişafı üçün əlverişli rayondur. Sahibkarlığın rolunun gücləndirilməsinin, bu istiqamətdə göstərilən diqqət və qayğının artırılmasının, bu sahənin inkişafına maneçilik törədən bütün neqativ halların aradan qaldırılmasının nəticəsidir ki, Qazax rayonunda sahibkarların sayı daha da artır. Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev bu gün aidiyyatı nümayəndələrlə birlikdə Xanlıqlar kəndi ərazisində tikilən elektrod zavodunda olub. Məlumat verilib ki, “Carçıoğlu GROUP” MMC tərəfindən Xanlıqlar kəndi ərazisində inşa edilən elektrod zavodunun ərazisi 1,5 hektardır. Bunun 2400 kvadrat metri örtülü sahədir ki, burada məhsul istehsal ediləcəkdir. Müəssisədə 100 nəfərə yaxın adam işlə təmin olunacaqdır. Hazırda zavodda suvaq, hörgü işləri aparılır, qəliblər düzülür, arakəsmələr tikilir və kəmərlər hazırlanır. Zavodda tikinti işləri davam edir. GOYEZEN.AZ
Geri qayıt |