Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda vətəndaş qəbulları diqqətdə saxlanılır - Fotolar

Qazaxda vətəndaş qəbulları diqqətdə saxlanılır - Fotolar


2-09-2024, 14:41

 

Ölkə Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzindədir.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində, rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və  həlli nəzarətə götürülür.

Onu da vurğulayaq ki, vətəndaş mımnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında və yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir.

Keçirilən qəbullardan sonra rayon İcra Hakimiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən, qəbullar zamanı edilən müraciətlər, vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.

2024-cü ilin avqust ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 2 səyyar görüşü, inzibati binada 9 qəbulu (4-ü fərdi, 5-i ümumi şəkildə olmaqla) təşkil olunub. Ümumi qəbulda 50 nəfərin, fərdi qəbulda 6 nəfərin müxtəlif məzmunlu müraciətləri dinlənilmişdir. Avqust ayı ərzində fərdi və ümumi qəbula gələn 56 nəfər tərəfindən 57 məsələ qaldırılmışdır. Yanvar-avqust aylarında keçirilən qəbullarda 338 nəfər vətəndaş tərəfindən 356 məsələ qaldırılmışdır. Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunmasına, mənzil, torpaq, əlillik dərəcəsinin təyini və ünvanlı sosial yardım, maddi yardım, müalicə olunmasına köməklik göstərilməsi ilə bağlı müraciət etmişdir. 

Avqust ayında icra başçısının rayonun Kosalar və Kəmərli kəndləri üzrə 241 nəfər sakinin iştirakı ilə keçirilən görüşlərdə 3 müraciət qeydə alınmışdır. 

2024-cü ilin yanvar-avqust aylarında Qazax şəhəri M.Ə.Rəsulzadə küçəsi, hərbi şəhərcik, Ş.Xiyabanı 12,14,25,27, Azadlıq 92, Bakı 1,2,2A, Əliağa Şıxlinski küçəsində 4,4A,5, Qazaxbəylidə məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbə, rayonun Xanlıqlar, Kəmərli, Qaymaqlı, Yuxarı Salahlı, Qazaxbəyli, Bala Cəfərli, Dəmirçilər, Daş Salahlı, Ağköynək, Aslanbəyli, Bala Çaylı, Aşağı Salahlı, Canalı, Birinci Şıxlı, Fərəhli, Ürkməzli, Quşçu Ayrım, Məzəm, Alpout, Xanlıqlar, Kosalar, Cəfərli kəndləri üzrə 30 səyyar görüş olub. Ümumilikdə, şəhər və rayonun kəndlərində keçirilən səyyar görüşlərdə 3241 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 69 məsələ qaldırılmışdır. 

Səyyar qəbullarda vətəndaşlar əsasən elektrik məsələsi (elektrik enerjisi ilə təchizat, elektrik dayaqlarının dəyişdirilməsi və s.), suvarma suyu (sahilbərkitmə işlərinin aparılması, subartezian quyusunun qazılması (balansa verilməsi), suvarma arxlarının beton üzlüyə alınması və s.), avtomobil yolunun təmiri (əsaslı təmiri, asfaltlanması), təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi, təmiri, içməli su və kanalizasiya məsələləri, qaz təchizatı ilə bağlı müraciət etmişdir.

İstər keçirilən fərdi və ümumi qəbullar, istərsə də səyyar görüşlər zamanı səslənən müraciətlərdən bir qismi həll olunmuş, bir qismi icraata götürülmüş, bir qismi ilə əlaqədar aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilmişdir. 

Səyyar qəbullarda İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, digər rəhbər şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallar iştirak edib. 

Fərdi şəkildə keçirilmiş qəbuldan

Ümumi şəkildə keçirilmiş qəbuldan

Kosalar kəndində keçirilmiş səyyar qəbuldan

Cəfərli kəndində keçirilmiş səyyar qəbuldan



Geri qayıt