Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı Birinci Qarabağ müharibəsinin veteranı, mərhum Tapdıq Kahyayevin anasının vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib

İcra başçısı Birinci Qarabağ müharibəsinin veteranı, mərhum Tapdıq Kahyayevin anasının vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib


29-08-2024, 22:28


Bu gün qürurla deyə bilərik ki, vətənpərvərlik hissi, döyüş ruhu, Vətənə olan sonsuz sevgi qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb. 


Birinci Qarabağ müharibəsində Vətən torpaqlarının azadlığı uğrunda vuruşmuş igid oğullarımızdan biri də mərhum Kahyayev Tapdıq Zahid oğludur.

23 avqsut 2024-cü il tarixdə igid Vətən oğlunun anası Kahyayeva Sinozər Alı qızı dünyasını dəyişmişdir. Avqustun 29-da mərhumun yeddi mərasimi olub. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Aşağı Salahlı kəndində olub. İcra başçısı mərhum Sinozər Kahyayevanın vəfatından kədərləndiyini bildirib, mərhumun övladlarına və yaxınlarına dərin hüznlə başsağlığı verib. İllər ötsə belə Vətən yolunda canlarını fəda edən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin, eləcə də döyüşmüş igid oğullarımızın unudulmayacaqlarını, nə qədər Azərbaycan xalqı var igid oğullarımızın daim qəlblərdə yaşayacaqlarını, onların ata və analarının da bizlər üçün doğma olduqlarını vurğulayıb.


Geri qayıt