Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı vətəndaşı müraciətinə əsasən qəbul edib
İcra başçısı vətəndaşı müraciətinə əsasən qəbul edib21-08-2024, 18:51 |
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə vətəndaşlara göstərdikləri qayğı hər bir dövlət məmuruna nümunədir. Bu, eyni zamanda, ölkəmizdə vətəndaş amilinin dövlət siyasətinin əsasını təşkil etməsi deməkdir. Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli isə daim diqqət mərkəzində saxlanılır. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir. Avqustun 21-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhər sakini Vəliyeva Ruhiyyə Süleyman qızını rəsmi müraciətinə əsasən qəbul edib. Rayon rəhbəri vətəndaşın müxtəlif məzmunlu müraciətini dinləyərək həlli istiqamətində lazımi addımın atılacağını bildirib. Vətəndaş R.Vəliyeva ona göstərilən qayğıya və müraciətinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə razılığını ifadə edib. Geri qayıt |