Əsas Səhifə > Manşet / Rəsmi > Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində sərhədçilərin peşə bayramı qeyd edilib
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində sərhədçilərin peşə bayramı qeyd edilib16-08-2024, 17:43 |
Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 105 ili tamam olur. Milli sərhəd mühafizəsi ənənələrini yaşadan və inkişaf etdirən Dövlət Sərhəd Xidməti (DSX) keçmişinə ehtiramla yanaşır, gələcəyinə inam hissi ilə baxır, bu günündən qürur duyur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayıb. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 2000-ci il avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirib. Elə bu səbəbdən də üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş DSX-nin təşkilinə qədər bütün proseslər Ulu Öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyət Heydər Əliyevin Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarlar sübut etdi ki, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadirdir. Onun 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərmanı Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi. Bu, eyni zamanda, Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi. Son illər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində DSX-nin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunub. Dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi sürətləndirilib, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili başa çatdırılıb, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülüb. Yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminatı sahəsində də mühüm addımlar atılıb. 2007-ci ildə Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı. 2008-ci ildə DSX Akademiyasının ilk kursantları Vətənə, dövlətə sədaqət andı içərək təlim və tədrisə başladılar. Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır. Ulu Öndər Heydər Əliyevin milli sərhəd siyasətinin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaradıb, dövlət sərhədlərinin toxunulmazlığının təminatı istiqamətində davamlı dinamik inkişafa nail olunub. Dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi, yeni hərbi hissələrin yaradılması, ən müasir texnika və avadanlığın sərhəd xidmətində tətbiqi, şəxsi heyətin döyüş vərdişlərinin və peşəkarlığının daha da yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər uğurla həyata keçirilir. Müasir tələblərə cavab verən sərhəd zastavalarında, hərbi hissələrdə şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, təlim şəhərciyi, anbarlar, mərkəzləşdirilmiş istilik sistemləri, hamam-camaşırxana, idman şəhərciyi, zabit və gizir ailələri üçün tikilən mənzillər sərhədçilərin istifadəsinə verilib. Azərbaycanın müstəqilliyinin bərpasından sonra milli suverenliyin möhkəmləndirilməsi, dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili, qonşu ölkələrlə sərhədlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin prioritet sahələrindən biri olub. Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi milli sərhəd strategiyası sərhəd siyasətinin konseptual əsaslarını təsbit edib, dövlət sərhədinin mühafizəsi üzrə qarşıda duran vəzifələri müəyyənləşdirib. Buna misal olaraq 2018-ci ildə Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasını göstərmək olar. Bu, Azərbaycan Sərhəd Mühafizəsi tarixinin əlamətdar hadisələrindən biri kimi tarixə düşüb. Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnikanın və xüsusi texniki avadanlığın yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin son illərdə ciddi inkişaf yolu keçərək mükəmməl hərbi qurum səviyyəsinə yüksəlməsinin arxasında dövlət qayğısı, sərhədçilərimizə inam və etibar dayanır. Bu gün DSX-nin idarəetmə sistemi xeyli təkmilləşdirilib, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilib. Dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılıb, sərhəd nəzarəti məntəqələrində sənədlərin yoxlanılması üzrə müasir tipli laboratoriyalar yaradılıb. Şəxsi heyət dövlət sərhədindən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı sərhəd nəzarətinin həyata keçirilməsi üçün müasir texniki avadanlıqla təchiz edilib, bütün sərhəd keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması nəticəsində miqrasiya proseslərinin ciddi nəzarətə götürülməsi təmin olunub. Ali Baş Komandan İlham Əliyev DSX-nin hərbi potensialını nəzərə alaraq, Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin qurum tərəfindən təhvil alınması barədə tapşırıq vermişdi. Bu tapşırığın DSX-nin hərbi qulluqçuları tərəfindən şərəflə icrası, sərhədçilər üçün bu ərazilərin həm sərhəd, həm də səngər olması və burada xidməti-döyüş fəaliyyətinin qurumun Sərhəd Qoşunları tərəfindən təşkili, bu istiqamətdə dövlət sərhədinin mühafizəsi sisteminin yaradılması məqsədilə ardıcıl işlər həyata keçirildi. Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsini DSX-nin mühafizəyə götürməsi onun bütövlüyünün təmin edilməsinin başlanğıcı oldu. Bu sınaqdan üzüağ çıxan DSX-nin şəxsi heyəti Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq dövlət sərhədlərimizə tam nəzarətin həyata keçirilməsi və sərhədlərimizin mühafizəsinin təmin olunması yolunda əsl şücaət nümayiş etdirdi. Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın qurumun qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edildi. DSX-nin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında xüsusi şücaət və qəhrəmanlıq göstərdilər. Vətən müharibəsinin ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük ərazini azad etdilər, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirdilər. Qədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu müqəddəs torpaqlarımıza Azərbaycan bayrağı sancıldı, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad olundu. DSX tərəfindən “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkarcasına tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri sıradan çıxarıldı və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirildi, ümumilikdə 290 düşmən hədəfi məhv edildi. Ölkəmizin ərazi bütövlüyü təmin edildikdən, Ermənistan ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradıldı. Hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər görüldü, bu ərazilərdə yeni hərbi hissələr xidməti-döyüş fəaliyyətinə başladı. İşğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə Azərbaycan sərhədçiləri son iki ildə 20-dən yeni hərbi hissə kompleksinin fəaliyyətini bərpa edib. “Eyvazlı” və “Qazançı” dövlət sərhədindən buraxılış məntəqələri inşa olunub, eləcə də “Füzuli” Beynəlxalq Hava Limanında sərhəd nəzarətinin işi təşkil edilib. Vətən müharibəsində DSX-nin şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə lazımi diqqət və qayğı göstərilib, yaralanmış hərbi qulluqçular qurumun Hərbi Hospitalında, respublikamız ixtisaslaşmış tibb müəssisələrində müayinə, müalicə və reabilitasiya olunub. Onlardan ağır yaralanmış hərbi qulluqçular xarici ölkələrdə müalicə edilib. DSX-nin əsas təyinatı dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsidir. Dövlət sərhədlərimizin bütövlükdə mühafizə olunması Azərbaycan sərhədçisinin ən böyük missiyasıdır. Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. 2023-cü il aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Yeni yaradılan məntəqədə aprelin 26-da Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Prezident, Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib. 2023-cü ilin 7 avqustunda Prezident İlham Əliyev DSX-nin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub. Xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, peşəkar vərdişlərinin daha da inkişafı üçün kompleksdə hərtərəfli şərait yaradılıb. Dövlətimizin başçısına, həmçinin “Qazax” Əlahiddə Sərhəd Diviziyasının xidməti istifadəsinə verilmiş silah arsenalı, döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri nümayiş etdirilib.
Bu müqəddəs vəzifəni sərhədçilərimizin ən yüksək səviyyədə yerinə yetirməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən daim qiymətləndirilir. Dövlətimizin başçısının imzaladığı sərəncamlarla Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə DSX-nin hərbi qulluqçularının ali rütbə, orden və medallarla təltif olunması sərhədçilərimizin xidməti vəzifələrini peşəkarlıqla yerinə yetirmələrinə və vətənpərvərliyinə verilmiş ali diqqət və qayğının təzahürüdür. Azərbaycan sərhədçiləri Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bu yüksək diqqət və qayğısından bəhrələnərək göstərilən etimadı layiqincə doğrultmaq üçün bundan sonra da Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağa, işğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizəsini yüksək səviyyədə təşkilinə daim hazır və qadirdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ölkəmizin tarixi zəfərindən ilhamlanan sərhədçilər Azərbaycan Sərhəd Mühafizəsinin 105 illik tarixinin şanlı səhifələrini ən yüksək əhval-ruhiyyə, Azərbaycan dövlətçiliyinə xidmətdən irəli gələn qürur hissi ilə qarşılayırlar. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 18 Avqust - Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 105 illiyi qeyd olunub. Avqustun 16-da Qazax Rayon İcra Hakimiyyətinin və Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Qazax Rayon İcra Hakimiyyəti başçısının kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, müharibə veteranları, şəhid ailələri, ağsaqqallar, ziyalılar, mədəniyyət və səhiyyə işiləri, sərhədçilər, KİV nümayəndələri iştirak ediblər.
Əlamətdar gün münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib. Dahi şəxsiyyətin adını daşıyan mərkəz ziyarət olunub.
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülərək şəhidlərimizə sonsuz ehtiram ifadə olunub.
Qərargah rəisi polkovnik Muxtar Həmzəyev Əlahiddə Sərhəd Diviziyasının komandirinə raportla məruzə etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Zəmanə Dərviş tədbiri açıq elan edərək iştirakçıları, şəhid ailələrini, qaziləri və sərhədçiləri əlamətdar gün münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Aparıcı bu gün Azərbaycan Respublikasının tarixinə yazılmış əlamətdar günlərdən biri olduğunu, “Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü” kimi təsis edilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyevin 16 avqust 2000-ci il tarixli 504 nömrəli Sərəncam imzaladığını, xalq olaraq bu günü sərhədçilərimizlə birgə qürurla qeyd etdiyimizi bildirib. Z.Dərviş söyləyib ki, Vətən müharibəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətən müharibəsinin döyüş əməliyyatları zamanı rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 nəfər Azərbaycan sərhədçisi (onlardan 4 nəfər ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, 176 nəfəri müxtəlif ordenlərlə, 5203 nəfəri isə müxtəlif medallarla təltif olunub. Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, Vətən müharibəsi iştirakçısı, Cəbrayılın və Zəngilanın azad olunmasında, həmçinin İran-Azərbaycan Dövlət Sərhəddinin 132 km məsafəsini işğaldan tam azad edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raportla məruzə etmiş general-mayor Misir Əliyev çıxış edərək tədbir iştirakçıları olan rayon rəhbərliyini, qonaqları, şəhid ailələrini, qaziləri salamlayıb, şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla, bütün sərhədçiləri əlamətdar gün münasibətilə təbrik edib. Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 105 illiyinə həsr olunmuş tədbirdə iştiraklarına görə iştirakçılara razılığını ifadə edib. M.Əliyev bildirib ki, böyük fəxarət hissi ilə qeyd edirəm ki, tariximizin ən böyük sərkərdəsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə keçirilən 44 günlük “Dəmir yumruq” əməliyyatı, 2022-ci ilin 12-14 sentyabr tarixlərində düşmən təxribatının qarşısının alınması, 2023-cü ildə keçirilən “Lokal” xarakterli antiterror əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımız azad edilmiş, respublikamızın ərazi bütövlüyü tam təmin olunmuşdur. M.Əliyev vurğulayıb ki, bu gün sevindirici haldır ki, biz sərhədçilər peşə bayramımızı azad, suveren sərhədləri tam bərpa olunmuş respublika vətəndaşları kimi qeyd edirik. Bu sevinci, zəfəri bizə yaşadan Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan xalqı və təbii ki, Silahlı Qüvvələrin şəxsi heyətidir. Keçirilən döyüş əməliyyatlarında Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti yaxından iştirak etmiş, əsl qəhrəmanlıq nümunəsi göstərmiş və şəhidlər vermişdir. Fərəhli haldır ki, Azərbaycan sərhədçilərinin peşə bayramı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasının sevincinin yaşandığı ərəfəyə təsadüf edir. Geri qaytarılan kəndlərin mühafizəsinin biz sərhədçilərə həvalə edilməsi isə Ali Baş Komandan tərəfindən bizə göstərilən etimadın təzahürüdür. M.Əliyev sonda bir daha dövlətinə və Prezidentinə sədaqətin, xidmətdə cəsarət və fədakarlığın təcəssümü olan hər bir Azərbaycan sərhədçisini, dövlət sərhədində dövlətçiliyin təminatçısı olan hər bir zabiti, giziri, çavuşu, əsgəri və onların ailə üzvlərini Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü münasibətilə təbrik edib, müstəqil dövlətimizin sərhədlərinin qorunması kimi müqəddəs və şərəfli xidmətlərində nailiyyətlər, şəxsi həyatlarında uğurlar və cansağlığı arzulayıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını və sərhədçiləri salamlayıb, səmimi təbriklərini çatdırıb. İcra başçısı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla sərhədlərimizin keşiyində dayanan bütün sərhədçiləri əlamətdar gün münasibətilə təbrik edib, ən xoş arzularını səsləndirib. Rayon rəhbəri bildirib ki, dövlətin əlamətləri onun ərazisi, əhalisi, rəhbəri, müstəqilliyi və güclü ordusudur. Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Ulu Öndər Heydər Əliyevin "Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır" fikrini səsləndirən icra başçısı dahi şəxsiyyətin zamanı qabaqlayaraq ölkəmizin davamlı inkişafı, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi məqsədilə Azərbaycanın strateji maraqlarının təmin edilməsi üçün zəruri və qəti addımlar atdığını, ordu quruculuğunda təxirəsalınmaz tədbirlər həyata keçirdiyini söyləyib. İcra başçısı qeyd edib ki, müstəqilliyin ilk illərində ölkəmizin daxilindəki qeyri-sabitlik digər sahələrdə olduğu kimi, dövlət sərhədlərimizin mühafizəsi işinin təşkilinə də mənfi təsir etmiş, normal sərhəd strukturlarının yaradılması, Sərhəd Qoşunlarının formalaşması prosesi, demək olar ki, olmamışdır. Ümummilli Lider Heydər Əliyevin 1996-cı il dekabr ayının 16-da Sərhəd Qoşunlarının 5 illiyinə, 2001-ci ilin avqust ayının 19-da Sərhəd Qoşunlarının yaradılmasının 82-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirakı və “Sərhəd hər bir ölkənin müstəqilliyini, suverenliyini təsdiq edən amillərdən biridir. Beynəlxalq hüquq normaları, millətlərarası, dövlətlərarası əlaqələr, hər bir ölkənin suverenliyi, toxunulmazlığı, ərazi bütövlüyü prinsipi – bunların hamısı ölkələrin sərhədləri ilə əlaqədardır” fikirlərini səsləndirməsi, 2002-ci il mart ayının 6-da Sərhəd Qoşunlarının illik hesabatını qəbul etməsi sərhəd mühafizəsinin inkişafı üçün zəmin yaratdı. İcra başçısı vurğulayıb ki, Ulu Öndərin Silahlı Qüvvələr ilə bağlı siyasi dəst-xətti, ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən çox böyük fədakarlıqla həyata keçirilir. Son illər ölkə başçısının diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Paytaxtda və bölgələrdə yeni sərhəd zastavaları yaradılmış, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbir həyata keçirilmişdir. Ali Baş Komandanın 2023-cü ilin avqust ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksinin açılış mərasimində iştirakı Sərhəd Qoşunlarının inkişafına göstərilən qayğının bariz nümunəsidir. Aparılan uğurlu islahatların nəticəsidir ki, bu gün Azərbaycan Ordusu regionun ən güclü orduları sırasında dayanır. Azərbaycan Silahlı Qüvvələrinin şücayəti ilə 30 illik Qarabağ həsrətinə son qoyuldu. 44 gün davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun gücünü, qüdrətini, yenilməzliyini bir daha dünyaya sübut etdi. Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin ümumilikdə 47 hərbi qulluqçusu şəhid olmuş, 197 nəfəri yaralanmış və ya müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Döyüş əməliyyatları zamanı 12 nəfər Azərbaycan sərhədçisi (onlardan 4 nəfəri ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş, 176 nəfəri müxtəlif ordenlərlə, 5203 nəfəri isə müxtəlif medallarla təltif olunmuşdur. 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Vətən torpaqlarının azadlığını, ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalan qəhrəmanlar sırasında rayonumuzun igid oğulları Sərhəd Qoşunlarının hərbi qulluqçuları kiçik gizir Namazov Elcan Hidayət oğlunun və baş gizir Məmmədov Azər Mustafa oğlunun da adı var. Ölkə Prezidentinin müvafiq Sərəncamları ilə şəhid Elcan Namazov “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları, Azər Məmmədov Vətən müharibəsində qəhrəmanlığına görə sağlığında "Zəngilanın azad olunmasına görə", habelə "Vətən müharibəsi iştirakçısı" medalları, ölümündən sonra isə dövlət başçısının 05.11.2022-ci il tarixli sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. İcra başçısı söyləyib ki, Vətən müharibəsindəki qələbəmiz həqiqətlərə yeni işıq saldı. Azərbaycan Silahlı Qüvvələri döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni nümunələr yaratdı. Bir çox ölkələr ordumuzun döyüş təcrübəsi ilə yaxından maraqlanmağa başladı. Bununla da İlham Əliyevin xüsusi diqqəti sayəsində həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün bərpası ilə yekunlaşdı. İcra başçısı bildirib ki, "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin bir güllə belə atılmadan geri qaytarılması, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsi dövlətimizin növbəti uğuru, qalibiyyəti, zəfəridir. Beləliklə, 2024-cü ilin 19 aprel, 15 və 24 may tarixləri xalqımızın, doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan qazaxlıların yaddaşına qızıl hərflərlə yazıldı. Qazanılan qələbələrimizə görə Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu və minnətdarıq. Bu gün fəxrlə demək olar ki, ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. “Sizlər ölkəmizin ərazi bütövlüyünün qorunmasında, sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında əsl rəşadət nümayiş etdirirsiniz. Biz inanırıq ki, Ermənistan Respublikası ilə 168 km sərhəddi olan Qazax rayonu etibarlı və inamlı əllərdədir. Sizə şərəfli missiyanızda uğurlar arzu edirik. Dəyərli sərhədçilər, sizə olan sevgimiz sərhədsizdir!”, - söyləyən icra başçısı sonda bir daha əlamətdar gün münasibətilə təbrik edib, gələcək xidmətlərində uğurlar arzulayıb. Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını şairlər, ziyalılar adından salamlayıb, sərhədlərimizin keşiyində dayanan, təhlükəsizliyimizi qoruyan igid Vətən oğullarını əlamətdar gün münasibətilə təbrik edib. B.Vüsal bildirib ki, “Xalq şairi Səməd Vurğun vaxtilə söyləmişdir ki, qələbə kişi üçündür. Azərbaycan xalqı elə bir qələbə qazandı ki, bütün dünyaya nümunə oldu. Mənfur düşmən üzərində kişi qələbəsi qazanıldı və bütün dünya torpaqların əsl sahiblərinin kim olduğunu bir daha gördü. Bütün taixlərə nümunə olan qələbə qazandıq. Bu qələbəni xalqımıza bəxş edən şəhidlərimizə, qazilərimizə, ordumuzun əsgər və zabitlərinə borcluyuq. Ömür boyu sizin kimi igid oğullara minnətdarıq”. “Dəmir yumruq” şeirini səsləndirən şair sonda bir daha sərhədçilərimizi təbrik edib, səmimi təbriklərini çatdırıb. Sonra Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov sərhədçiləri təbrik edib və Qazax Rayon İcra Hakimiyyəti başçısının sərəncamını səsləndirib. 18 Avqust-Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının bir qrup hərbi qulluqçusuna Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunub. Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, general-mayor Misir Əliyev səmimi təbriklərə və onlara göstərilən qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Dövlət Sərhəd Xidmətinin “Qazax” Əlahiddə Sərhəd diviziyasının, dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkilində yaxından köməklik göstərdiyinə və sərhəd mühafizəsinin 105-ci ildönümü münasibətilə bir qrup əməkdaş komandir, general-mayor Misir Əliyev tərəfindən Fəxri Fərmanla təltif olunub.
Sonra bayram tədbiri konsert proqramı ilə davam etdirilib. Gənc müğənnilər Tural Qismətin, Nəsimi Kamaloğlunun, Zəmanə Dərvişin, Ramal Balacanovun, Nurlana Kərimlinin, Vüsal Osmanlının, Bəyim Ağazadənin bir-birindən şən-şux mahnıları tədbirə böyük coşqu qatıb. “Bay Hoca” qrupunun üzvləri Müjgan Məhərrəmova və Cəmilə Məmmədovanın skripkada ifa etdikləri mahnılar alqışlarla qarşılanıb. Gənc ifaçı Məhəmməd Budaqov səsləndirdiyi “Ali Baş Komandan” mahnısı ilə sərhədçilərimizi təbrik edib. Aşıq Samir Cəlaloğlunun sazda səsləndirdiyi aşıq havaları və söylədiyi “Torpaq” şeiri tədbirə toplaşanlara xoş anlar bəxş edib.
GOYEZEN.AZ Geri qayıt |