Əsas Səhifə > Manşet / Şəhidlər > Şəhid həyat yoldaşından: “Cənab Prezident, biz də bütün şəhid ailələri kimi diqqət və qayğı ilə əhatə olunmuşuq”
Şəhid həyat yoldaşından: “Cənab Prezident, biz də bütün şəhid ailələri kimi diqqət və qayğı ilə əhatə olunmuşuq”8-08-2024, 17:04 |
Aişə Əhmədovadan, Əziz və möhtərəm Prezidentimiz, Rəşadətli Ali Baş Komandanımız. Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan dünyada qalib ölkə kimi tanınır. Siz və Mehriban xanım Əliyeva böyük Qələbəmizin qazanılmasında şəhidlərimizin göstərdiyi qəhrəmanlığa, şücaətə yüksək qiymət verirsiniz, onların ailə üzvlərinə hər zaman qayğı göstərirsiniz. Biz də bütün şəhid ailələri kimi diqqət və qayğı ilə əhatə olunmuşuq. Həyat yoldaşım Elvin Əhmədov 2023-cü ilin sentyabrında antiteror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. Onun xatirəsi doğulduğu Qazax şəhərində daim əziz tutulur, bütün tədbirlərdə yad edilir. Bu yaxınlarda Sizin şəhid ailələrinə göstərdiyiniz qayğı sayəsində evimiz əsaslı surətdə təmir olunmuş, eyni zamanda, yoldaşımın adını əziz tutmaq üçün xatirə lövhəsi asılmışdır. Əziz Prezidentimiz, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Hörmətlə, Əhmədova Aişə, Şəhid ailəsinin üzvü. Azərbaycan Respublikası, Qazax rayonu, Qarapapaq kəndi. 8 avqust 2024-cü il https://president.az/az/articles/view/66636 Geri qayıt |