Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda vətəndaş qəbulları diqqətdə saxlanılır - Fotolar
Qazaxda vətəndaş qəbulları diqqətdə saxlanılır - Fotolar1-08-2024, 08:26 |
Respublika Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzindədir. Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində, rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür. Onu da vurğulayaq ki, vətəndaş mımnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakmiyyətinin inzibati binasında və yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Keçirilən qəbullardan sonra rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən, qəbullar zamanı edilən müraciətlər, vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir. 2024-cü ilin iyul ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 4 səyyar görüşü, inzibati binada 8 qəbulu (3-ü fərdi, 5-i ümumi şəkildə olmaqla) təşkil olunub. Ümumi qəbulda 33 nəfərin, fərdi qəbulda 5 nəfərin müxtəlif məzmunlu müraciətləri dinlənilmişdir. İyul ayı ərzində fərdi və ümumi qəbula gələn 38 nəfər tərəfindən 45 məsələ qaldırılmışdır. Yanvar-iyul aylarında keçirilən qəbullarda 282 nəfər vətəndaş tərəfindən 299 məsələ qaldırılmışdır. Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunmasına, mənzil, torpaq, əlillik dərəcəsinin təyini və ünvanlı sosial yardım, maddi yardım, müalicə olunmasına köməklik göstərilməsi ilə bağlı müraciət etmişdir. İyul ayında icra başçısının Qazax şəhəri Əliağa Şıxlinski küçəsində 4, 4A və 5 saylı binalarda yaşayan, eləcə də rayonun Alpout, Xanlıqlar və Kəmərli kəndləri üzrə 389 nəfər sakinin iştirakı ilə keçirilən görüşlərdə 11 müraciət qeydə alınmışdır. 2024-cü ilin yanvar-iyul aylarında Qazax şəhəri M.Ə.Rəsulzadə küçəsi, hərbi şəhərcik, Ş.Xiyabanı 12,14,25,27, Azadlıq 92, Bakı 1,2,2A, Əliağa Şıxlinski küçəsində 4,4A,5, Qazaxbəylidə məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbə, rayonun Xanlıqlar, Kəmərli, Qaymaqlı, Yuxarı Salahlı, Qazaxbəyli, Bala Cəfərli, Dəmirçilər, Daş Salahlı, Ağköynək, Aslanbəyli, Bala Çaylı, Aşağı Salahlı, Canalı, Birinci Şıxlı, Fərəhli, Ürkməzli, Quşçu Ayrım, Məzəm, Alpout, Xanlıqlar, Kəmərli kəndləri üzrə 28 səyyar görüş olub. Ümumilikdə, şəhər və rayonun kəndlərində keçirilən səyyar görüşlərdə 3000 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 66 məsələ qaldırılmışdır. Səyyar qəbullarda vətəndaşlar əsasən elektrik məsələsi (elektrik enerjisi ilə təchizat, elektrik dayaqlarının dəyişdirilməsi və s.), suvarma suyu (sahilbərkitmə işlərinin aparılması, subartezian quyusunun qazılması (balansa verilməsi), suvarma arxlarının beton üzlüyə alınması və s.), avtomobil yolunun təmiri (əsaslı təmiri, asfaltlanması), təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi, təmiri, içməli su və kanalizasiya məsələləri, qaz təchizatı ilə bağlı müraciət etmişdir. İstər keçirilən fərdi və ümumi qəbullar, istərsə də səyyar görüşlər zamanı səslənən müraciətlərdən bir qismi həll olunmuş, bir qismi icraata götürülmüş, bir qismi ilə əlaqədar aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilmişdir. Səyyar qəbullarda İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, digər rəhbər şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallar iştirak edib. Fərdi şəkildə keçirilmiş qəbuldan Ümumi şəkildə keçirilmiş qəbuldan
Alpout kəndində keçirilmiş səyyar qəbuldan
Qazax şəhəri Əliağa Şıxlinski küçəsində 4, 4A və 5 saylı binalarda yaşayan sakinlərlə keçirilmiş səyyar qəbuldan Xanlıqlar kəndində keçirilmiş səyyar qəbuldan
Kəmərli kəndində keçirilmiş səyyar qəbuldan
Geri qayıt |