Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı vətəndaşı qəbul edib

İcra başçısı vətəndaşı qəbul edib


30-07-2024, 18:23


Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğı hər bir dövlət məmuruna örnək olmalıdır. Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. 

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakmiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli isə daim diqqət mərkəzində saxlanılır. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir. 

İyulun 30-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Bakı Dövlət Universitetinin Qazax filialının Filologiya ixtisasında qiyabi təhsil alan V kurs tələbəsi Abışova Aynur Niyaməddin qızını işlə təmin olunması barədə müraciətinə əsasən qəbul edib. Qəbul zamanı vətəndaşın müraciəti dinlənilərək ona universiteti bitirdikdən sonra Dövlət Qulluğuna qəbul imtahanında iştirak etməsi tövsiyə edilib. 


Geri qayıt